• Qeydiyyat

“Marşal planı” nədir?

Marşal planı nədir və nədən ibarətdir?

soruşub 09 Fevral - Elmir45 Siyasət bölməsində

1 Cavab

0 интересует 0 не интересует
Marşal planı - İkinci dünya müharibəsinin SSRİ-nin qələ-bəsi ilə başa çatması müttəfiqi olan ABŞ-ı narahat etməyə başladı. Həmin dövr ərzində ABŞ-ın əsas məqsədi Sovet ittifaqını Şərqi Avropada sərhədləri çərçivəsində cilovlamaq və qərbə doğru irəliləməsinin qarşısın almaq idi. Dövlətlər arasında yaranan soyuq müharibə təxminən 40 ilə qədər müddətdə davam etdi. Soyuq Müharibə dövründə amerikan xarici siyasəti mahiyyətcə Harri Trumen tərəfindən düşünülmüş "cilovlama siyasəti"nə (contain-ment policy) söykənirdi.

Marşal planın müəllifi isə ABŞ-ın dövlət katibi Corc Marşal (George C. Marshall) idi. O, 1947-ci il iyunun 5-də Harvard Uni-versitetindəki çıxışı zamanı bu planın konturlarını cızdı.

Müharibənin məğlubiyyətindən sonra Avropa özünün dirçəliş yolunu axtarırdı. Belə bir zamanda ABŞ (şərtlərə görə Avropa dövlətləri bu yardımdan istifadəni çevik, planlı, həm də müştərək şəkildə həyata keçirməli idilər.) Avropaya təxminən 20 milyard dollar yardım təklif etdi. Marşal planı, həmçinin ABŞ iqtisadiyyatına xeyli dərəcədə qazanc gətirdi. Çünki Avropa dövlətlərinə yardım şəklində ayrılan vəsaitlər məhz ABŞ-da istehsal olunan məhsulların alınmasına xərclənməliydi və həmin məhsullar amerikan ticarət gəmilərində Atlantik okeanın o tayından bu tayına daşın-malı idi.

Bu plan Avropa dövlətlərinin müharibədən sonra dirçəlməsi üçün geniş miqyaslı dərəcədə effektiv oldu. Avropa dövlətləri bir çox sahələrdə müştərək fəaliyyət göstərdiyi üçün hüquqi cəhətdən onları birləşdirən qurumun yaranıb formalaşmasına həmin dövrdə ehtiyac yaranmışdı.

1951-ci ildə Avropanın Polad və Kömür Birliyininin (Belçika, Niderland, Lüksemburq, Almaniya, Fransa, İtaliya) yaradılması haqqında “Paris” müqaviləsi və 1957-ci ildə Avropa İqtisadi Birliyin yaradılması haqqında “Roma” müqaviləsi imzalandı.
cavab verib 09 Fevral - anonim
...