• Qeydiyyat

Qarğdalı necə yetişdirilir?

Qarğdalı necə yetişdirilir?

bu sualın cavabı ilə əlaqəsi var: Qarğdalı nədir?
soruşub 14 Fevral - anonim Bitki bölməsində

1 Cavab

0 интересует 0 не интересует

Qarğıdalı başqa dənli bitkilərə nisbətən torpağa az tələbkardır, lakin onun münbitliyi artanda qarğıdalının boy və inkişafı yaxşılaşır. Qarğıdalı üçün ən yaxşı torpaq qara torpaq, tünd şabalıdı və tünd boz meşə torpaqları hesab edilir. Torpaq reaksiyasının neytral və az qələvi olması bitki üçün daha yaxşıdır.

Onun üçün torpağın mexaniki tərkibinin yüngül gilli və gillicəli olması çox əlverişlidir. Bərkimiş, ağır və şoran torpaqlarda qarğıdalı pis boy atır.

Qarğıdalı isti sevən bitkilərdəndir. Özünün boy və inkişafı üçün o, bütün vegetasiya müddətində başqa dənli bitkilərə nisbətən daha çox istilik tələb edir. Qarğıdalının toxumları 8-10oC-də cücərməyə başlayır, ancaq bu şəraitdə cücərmə prosesi çox ləng gedir və tarla şəraitində normal cücərmə üçün toxumların basdırıldığı dərinlikdə 10-12oC-dən az olmayaraq istilik tələb olunur.

Cücərtilərdən süpürgə açılana qədər qarğıdalı üçün əlverişli istilik 20-23oC hesab olunur, ancaq bu 25oC-yə qədər ola bilər. Lakin çiçəkləməyə və qıçaların görünməsinə qədər temperaturun 25oC-dən yüksək olması çox da əlverişli deyildir, temperatur 29oC-yə çatanda çiçəkləmənin və mayalanmanın normal getməsi pozulur. Qarğıdalının bu dövrə yüksək temperaturun təsirindən məhsuldarlığının aşağı düşməsi onunla əlaqədardır ki, 60% nəmişliyi olan tozcuqlar 32-35oC istilikdə havanın rütubəti 30% olan şəraitdə quruyur və mayalandırma qabiliyyətini itirir. Qarğıdalının cücərtiləri şaxtaya çox həssasdırlar, buna baxmayaraq səhər şaxtaları – 2…-3 və hətta 3-4oC olduqda belə onlar sonralar özlərinə gəlib yaxşı boy ataraq inkişaf elə bilərlər. Qarğıdalı bitkisi mum yetişməsi inkişaf fazasına çatmadıqda payız şaxtalarını pis keçirir. Belə tam yetişməmiş qarğıdalı bitkisi az bir şaxtadan (-1,5-2oC) belə əziyyət çəkir, bu zaman onun yem keyfiyyəti də pisləşir (karotinin miqdarı azalır). Bu vəziyyətdə yığılmış qarğıdalı bitkisini tez siloslamaq lazımdır. Mum yetişməsinə çatmış qıçalar üçün belə şaxtalar qorxulu deyildir.

Qarğıdalı əsasən quraqlığa davamlı bitki hesab olunur, lakin bu xassəsinə görə o sorqodan və darıdan geri qalır. Eyni zamanda qarğıdalı torpaq nəmişliyini çox sevir. O yaz quraqlığından çox az əziyyət çəkir və yay yağmurlarından yaxşı istifadə etmək qabiliyyətinə (başqa dənli bitkilər istifadə edə bilmədikləri halda) qabiliyyətinə malikdir. Qarğıdalının birinci inkişaf müddətində torpağın üst qatının su ilə təmin olunmasının çox böyük əhəmiyyəti vardır, çünki cücərti əmələ gələndən 8-10 gün sonra əsas buğum kökləri yaranır ki, bunlar bitkini vegetasiyanın sonuna qədər qida və su ilə təmin edirlər. Qarğıdalı süpürgə əmələ gələnə qədər 10-15 gün qalmış və 15- 20 gün ondan sonra suya çox tələbkardır. Çünki bu zaman dişi və erkək çiçəklərin formalaşması və quru maddənin güclü toplanması başa çatır. Bu zaman, xüsusən, yüksək temperaturla yanaşı torpaqda nəmişliyin az olması və havanın bu zaman çox quru olması məhsuldarlığı xeyli aşağı salır. Süpürgə əmələ gələn zaman torpaqda suyun çatışmazlığı, yuxarıda göstərilənlələ yanaşı, başqa xoşagəlməz hadisələrə gətirib çıxarır. Məlumdur ki, süpürgənin və qıçaların çiçəklənməsi bir vaxtda baş vermir. Əvvəlcə süpürgə çiçəkləyir, 3-5 gün keçəndən sonra isə qıçalar. Torpaqda istənilən qədər nəmişliyin olmaması həmin intervalı çoxaldır və qıçaların mayalanması prosesi pozula bilir.

Qarğıdalı qısa gün bitkisi hesab olunur (12-14 saat). Gün uzanan rayonlarda çiçəkləmə fazası gecikik, deməli, onun yetişməsi gecikə bilər. Qarğıdalının bu bioloci xüsusiyyətini Şimal rayonlarında nəzərə almaq lazımdır, çünki bu rayonlarda gün uzun olduğuna görə bitkilərin işıq mərhələsi çox ləng gedir. İstiliyin vegetasiya ərzində çatışmaması onun müddətini uzadır. Şimal rayonlarında qarğıdalını işıq və istiliklə təmin etmək üçün dağların Cənub yamaclarında becərilməsi zəruridir. Bu zaman onun kölgələnməsinə yol vermək qətiyyən olmaz.

Qarğıdalının vegetasiya müddəti çox dəyişgən olur və 90- dan 200 günə qədər davam edir. Keçmiş SSRİ-də qarğıdalının sort və hibridlərinin əksəriyyəti 90-140 günlük vegetasiya müddətinə malik idi.

cavab verib 14 Fevral - anonim
Qarğdalı necə becərilir?
...