• Qeydiyyat

Qarğdalı nədir?

Qarğdalı nədir və əhəmiyyəti nədədir?

soruşub 14 Fevral - anonim Bitki bölməsində

1 Cavab

0 интересует 0 не интересует

Qarğıdalı çoxtərəfli istifadə olunma xüsusiyyətlərinə malik bitkilərdəndir: ərzaq, yem, texniki və s. Qarğıdalıdan 150-dən çox adda ərzaq məmulatı hazırlanır. Dünya istehsalında buğda və düyüdən sonra üçüncü yeri tutur. 

Qarğıdalı heyvandarlığın inkişafı üçün böyük əhəmiyyət kəsb edir, çünki o, yüksək qidalı qarışıq və şirəli yemlər mənbəyi kimi bütün növ heyvan və quşlar üçün faydalıdır: dən, silos, təzə-yaşıl yem və emal qalıqları kimi istifadə olunur. 

Qarğıdalının yüksək qidalılığı onun zəngin kimyəvi tərkibə malik olması ilə bağlıdır. Belə ki, onun tərkibində 14- 15% su, 65-70% azotsuz ekstrativ maddə - nişasta, 9-12% zülal, 4-6% yağlar, kül və vitaminlər vardır. 

Qarğıdalı dənindən yaxşı yarma, yağ, un hazırlamasında, çörək bişirilməsində, konditer sənayesində, nişasta hazırlanmasında, spirt sənayesində istifadə edilir. Qarğıdalı unu buğda və covdar unu ilə birlikdə çörək bişirməkdə istifadə olunur. Qafqazda, Moldaviyada və Zakarpatiyada ondan xüsusi yemək – mamalıq hazırlanır. O, biskvitlər və kekslər hazırlanmasında da istifadə olunur. Qarğıdalıdan bir neçə növ yarma hazırlanır, manna hazırlanmasında o tez-tez buğdanı əvəz edir, həmçinin ondan nişasta, glükoza, pivə, spirt, şəkər məti, qarğıdalı portlağanı (xlopya) istehsal olunur. Emal vaxtı ondan çıxan rüşeymdə 30-40% yağ olur ki, bundan da yüksək keyfiyyətli yağ, müalicəvi preparatlar, E vitamini istehsal olunur. 

Tam yetişməmiş – süd yetişmə inkişaf fazasında olan qarğıdalı qıçaları bişirilməklə və konservləşdirilməklə qidalı ərzaq kimi istifadə olunur. Qarğıdalı bitkisində külli miqdarda karbohidratlar olduğu üçün silosbasdırmada xeyli yaxşı nəticələr alınır. Yaşıl kütləsi (gövdə, yarpaq, qıçalar) tez qıcqırır və çoxlu miqdarda süd turşusu çıxır, belə silos heyvanlar tərəfindən yaxşı yeyilir və yaxşı həzm olunur. Onu yaşıl yem kimi istifadə edərkən qarğıdalını süpürgə əmələ gəlmə inkişaf fazası ilə süd yetişmə fazası arasında biçərək heyvanlara verirlər. Yaşıl yem kimi istifadə edilən təsərrüfatlarda qarğıdalını bir neçə səpin müddətində səpirlər və xeyli vaxt bir neçə ay malları yaşıl konveyer halında yaşıl qarğıdalı ilə yemləyirlər, 

Qarğıdalı gövdəsi texniki məqsədlər üçün də istifadə olunur, ondan kağız, tikinti materialı və həmçinin izoləedici – təcrid materialı və s. hazırlanır. Qıçaların mərkəz hissəsi kimya sənayesində istifadə edilir, ondan furfural maddəsi alınır ki, o da bitki və mineral yağların ayrılmasında, suni (saplar) parçaların – neylon və plastmasın alınmasında istifadə edilir. 
Qarğıdalı dibibecərilən yüksək məhsuldar tarla bitkisi olduğuna görə böyük aqrotenxiki və təsərrüfat təşkili əhəmiyyətinə malikdir: o sahələrin alaq otlarından təmizlənməsinə, torpağın su reciminin yaxşılaşmasına və münbitliyinin yüksəlməsinə səbəb olur, ona görə də o bir çox bitkilər (taxıl və texniki) üçün yaxşı sələf bitkisi hesab olunur, bunlardan da sonra onun özü yaxşı böyüyüb normal məhsul verir. Bunlarla yanaşı, qarğıdalı təkrar, qarışıq və sıxlaşdırıcı əkinlərdə əvəzolunmaz bitki hesab olunur.

Qarğıdalı çox isti və nəmişli iqlimi olan ölkələrin ən qədim bitkilərindəndir.

Qarğıdalının yaranmasını adətən Yeni Dünya ölkələri – Mərkəzi Amerikanın vilayətləri ilə əlaqələndirirlər. Belə ki, Peru və Çilidə qədim indeyeslərin qəbirlərinin arxeoloci qazıntıları zamanı aşkar edilmişdir ki, qarğıdalı buralarda 1000 il bizim eradan əvvəl əkilib becərilmişdir. Meksikada qarğıdalının bizim eradan 3000 il əvvəl becərilməsi haqda məlumat vardır. Peruda və Boliviyada və həmçinin Meksikada o vaxtlar qarğıdalı yeganə ərzaq bitkisi rolunu oynamışdır. Amerika qitəsinin Kolumb tərəfindən kəşf olunana qədər (1492) bu bitki qitənin Cənub və Şimal hissələrində əsas bitki kimi becərilmişdir. 

Qədim hesabatlarda göstərilir ki, qarğıdalının İspaniyaya gətirilməsi Kolumbun Amerikaya ikinci səyahətinin iştirakçıları tərəfindən həyata keçirilmişdir. 1494-cü ildə İtaliyada qarğıdalını xarakterizə edən kiçik bir kitabça nəşr edilmişdir. Peter Martaqranın 1511 və sonra isə 1516-cı illərdə qarğıdalı haqqında hesabatları Avropada bu bitkiyə marağı artırmışdır. İspaniya yazıçıları karaib indeyeslərindən götürərək qarğıdalını «mais» adlandırmışdır. Başqa Avropa xalqlarının dilində qarğıdalının müxtəlif adları olmuşdur. 

Qədim Düna (Avropa, Asiya, Şərq) xalqları bu bitkini tədricən yaxşı tanıyaraq onu olduğu kimi qiymətləndirmişlər. Avropada əvvəlcə qarğıdalı bostan bitkisi kimi görünsə də, o, tezliklə qiymətli ərzaq bitkisi kimi tanındı və Portuqaliyada, Şimali Fransada və İtaliyada, Cənubi-Şərqi Avropada, Türkiyədə və Şimali Afrikada geniş yayılaraq becərilmişdir. XVI əsrin əvvəllərində qarğıdalı Şərqi Hindistana və Qərbi Çinə gətirilərək yayılmışdır. Bir qədər sonra qarğıdalı Rusiya dövlətinin ərazisinə – Gürcüstana (XVII əsr), sonra Orta Asiyaya, Şimali Qafqaza, Ukraynaya, Moldaviyaya, Aşağı Volqaboyna və bir qədər Şimal rayonlarına (XIX əsrdə) doğru yayıldı. 

Hal-hazırda qarğıdalının dünyada ümumi əkin sahəsi 112,7 mln. hektara bərabərdir. Ondan 23,3 mln. Şimali Amerika, 24.0 mln.ha Latın Amerikasında, 11,2 mln. ha Avropada, 15,1 mln. ha Asiyada, 19,1 mln. ha Afrika ölkələrində becərilir. Orta məhsuldarlıq 20,1 sen./ha təşkil edir.

cavab verib 14 Fevral - anonim
Qarğdalı necə yetişdirilir?
Qarğdalının botanik təsnifatı nəcədir?
Qarğdalının hansı növləri var?
...