• Qeydiyyat

Düyünün bioloji xüsusiyyətləri nədir?

Çəltik bioloji xüsusiyyətləri nədir?

bu sualın cavabı ilə əlaqəsi var: Çəltik nədir?
soruşub 14 Fevral - anonim Bitki bölməsində

1 Cavab

0 интересует 0 не интересует
 
Ən yaxşı cavab

Aqroekoloji xassələrinə görə çəltik, tarixi yaranma bölgələri subtropik və tropik olduğuna görə, istiyə çox tələbkardır. Ancaq çəltiyin normal boy və inkişafı üçün temperatur həddi becərilmə coğrafiyasından, torpaq-iqlim şəraitindən və sortların bioloci xüsusiyyətlərindən asılı olaraq geniş miqyasda dəyişir. Musson iqlimli tropik ölkələrdə (Hindistan, İndoneziya və s.) çəltik üçün vegetasiya ərzində optimal temperatur həddi 24-dən 30oC-ə qədərdir. Nisbətən Şimal ölkələrdə çəltik bir qədər aşağı temperaturda becərilir. Məsələn, Azərbaycanda çəltik vegetasiya müddətində 21-23oC hüdudunda temperatur optimal hesab edilir.

Çəltik nəmişliyə çox tələbkardır, bunu çəltiyin kök sisteminin zəif inkişafı ilə əlaqələndirmək olar (əmici tellərin çox az olması). Tropik və subtropik ölkələrdə çəltiyin zəif kök sisteminə malik olması onun yerli iqlimə xas olan bir xüsusiyyətidir. Bu ölkələrdə günəşli günlərin sayı çoxdur, vegetasiya müddəti quru, yağmursuz və yüksək temperatur şəraitində keçir. Ona görə də həmin ölkələrdə, illik yağıntısı 2000-1500 mm-dən az olan bölgələrdə çəltiyi mütləq çoxlu sulamaq lazımdır. Düyünün mütləq sulanması xüsusiyyəti onun tropik və subtropik ölkələrdə məhz çox suyu olan çayların vadilərində geniş becərilməsinə səbəb olmuşdur. Bu xüsusiyyətini nəzərə alaraq çəltik sahələrini suya basdırmaq tövsiyələri geniş yayılmışdır. Bu çəltiyin torpaq nəmişliyinə göstərdiyi fizioloci tələblərə tam uyğun gəlir və onun qida maddələri ilə tam təminatı da həyata keçirilir. Çəltik torpaq nəmişliyinə müxtəlif dərəcədə tələbat göstərir. Belə ki, bəzi çəltik növləri sahənin uzun müddət su altında olmasını, bəziləri isə vaxtaşırı su altında olmasını tələb edir.

Düyü üçün ən yaxşı torpaqlar çay vadilərində turş, bataqlaşmış və güclü duzlaşmış torpaqlar hesab edilir.

Çəltik qısa gün bitkisidir, 8-10 saatlıq gün uzunluğu onun süpürgəsinin əmələ gəlməsini və çiçəkləməsini sürətləndirir, 16- 20 saatlıq işıqda isə həmin fazalar gecikir, bəzən isə onlar başlamırlar. Böyük təsərrüfatlarda məsləhət görülür ki, müxtəlif xüsusiyyətli 2-3 sort səpilib becərilsin. Bu halda həmin bölgənin iqlim şəraitindən tam istifadə olunur və məhsul yığımı vaxtı gərginlik yaranmır. Ən çox yayılmış çəltik sortlarından Kuban 3, Krasnodarskiy 424, Dubovskiy 129, Donskoy 2, Özbək 275, Sədri və b. göstərmək olar.

cavab verib 14 Fevral - anonim
Düyü necə yetişdirilir?
...