• Qeydiyyat

Arpa necə becərilir?

Arpa nəcə becərilir?

bu sualın cavabı ilə əlaqəsi var: Arpa nədir?
soruşub 14 Fevral - anonim Bitki bölməsində

1 Cavab

0 интересует 0 не интересует

Arpanın becərilməsi əsasən mülayim qışı olan rayonlarda aparılır. Arpa Hordeum L. cinsi olaraq 30 növü özündə birləşdirir. N.İ.Vavilov və F.X.Bexteyev mədəni arpanı üç qrupa ayırmışlar: adi arpa, alçaqboylu arpa və həbəş arpası. Aqronomiyada sünbüllərinin quruluşuna görə arpa iki qrupa – iki cərgəli və çox cərgəli arpaya bölünür (qarışıq cərgəlilərə də rast gəlinir).

Payızlıq arpadan yüksək məhsul almaq üçün onun xarici yaşayış amillərinə tələbatı tam ödənilməli və optimal yaşayış şəraiti yaradılmalıdır, bunun üçün lazımi becərmə işləri vaxtlı- vaxtında həyata keçirilməlidir. Payızlıq arpa toxumunun cücərməsi üçün minimal temperatur +1o, +2o olmalıdır. Optimal temperatur 20-25oC, maksimum temperatur +35o, +40oC hesab edilir. Payızlıq buğdaya nisbətən payızlıq arpa mənfi hərarətə – qışa az davamlıdır. Odur ki, onun qışı çox sərt keçən rayonlarda becərilməsi mümkün deyildir.

Azərbaycanda becərilən arpa sortları -14o, -16oC temperatura dözürlər. Payızdan şum altına və əlavə yemləmə kimi fosfor gübrəsinin verilməsi bitkilərin qışa davamlılığını xeyli yüksəldir.

Payızlıq arpanın payızda optimal müddətdə səpini də onun qışa davamlılığına müsbət təsir göstərir. Payızlıq arpanın səpini optimal müddətdən tez aparılsa, bitkilər yarovizasiya müddətini tez başa çatdırıb işıq mərhələsinə keçir. Bu da bitkilərin qışa davamlılığını xeyli azaldır. Bitkilərin çiçəkləmə və tozlanması dövründə havanın temperaturunun yüksək (34- 36oC) olması həmin proseslərin normal getməsinə səbəb olur. Əks halda sünbüldə dənlər seyrək və cılız olurlar. Payızlıq arpa bitkisi torpağa az tələbkardır.

Respublikamızın şoranlaşmış torpaqlarından başqa bütün torpaq növlərində becərilir, lakin bitkilərin normal inkişafı üçün ən yaxşı torpaq normal aerasiyalı, yüngül və orta ağırlıqlı mexaniki tərkibə malik olan, şabalıdı, açıq şabalıdı növlər hesab edilir. Payızlıq arpanın normal inkişafı üçün torpaq neytral reaksiyaya malik olmalıdır, həm də torpaqda bitkinin istifadə edəcəyi formada kifayət qədər azot, fosfor və kalium birləşmələri və mikroelementləri olmalıdır. Arpa bitkisi inkişafının ilk dövründə fosfora çox ciddi ehtiyac hiss edir. Bu da onun kök sisteminin yaxşı inkişaf etmə qabiliyyətinə və yüksək kollanma əmsalına malik olması ilə izah edilir. Payız dövründə torpaqda kifayət qədər fosfor və kaliumun olması payızlıq arpanın kök sisteminin yaxşı inkişaf etməsinə və onun qışın əlverişsiz şəraitinə davamlı olmasına səbəb olur. İlk yazda əlavə yemləmə şəklində bitkilərə kalium və azot gübrələrinin verilməsi onların inkişafına kömək edir. Nəticədə bitkilərin sünbülü iri, dənlərin sayı çox olur. Bu da vahid sahədən alınan dən məhsulunun artıq olmasına səbəb olur. Azot gübrələri dən məhsulunu artırmaqdan əlavə, dənin tərkibində olan zülalın yüksəlməsinə müsbət təsir edir. Arpa, buğda bitkisinə nisbətən, qışa vegetasiyaya malik olduğu üçün, ilkin inkişaf fazasından başlamış vegetasiyanın sonuna qədər torpaqda bitkilərin istifadə edə biləcəyi formada qida maddələrinin olmasına daha çox ehtiyac duyur.

cavab verib 14 Fevral - anonim
Arpa necə yetişdirilir?
...