• Qeydiyyat

Buğda necə yetişdirilir?

Buğda necə yetişdirilir və yığılır?

bu sualın cavabı ilə əlaqəsi var: Buğda nədir?
soruşub 14 Fevral - anonim Bitki bölməsində

1 Cavab

0 интересует 0 не интересует

Buğda toxumunun cücərməsi başqa bitkilərdə olduğu kimi şişməkdən başlayır və ətraf mühitdən su, istilik və hava tələb edir. Tarla şəraitində toxumlara torpaqda olan rütubətdən su daxil olur. Torpaqda həddən çox duzluluğun və mineral gübrələrin olması cücərməni gecikdirə bilir.

Toxuma daxil olmuş suyun və toxumda olan fermentlərin fəaliyyəti nəticəsində toxum cücərməyə başlayır. Bu zaman rüşeymin uc hissəsi uzanır. Elə bu cücərmənin ilk mərhələsində bitki birinci inkişaf fazasını – yarovizasiyanı keçir, sonra cücərti həcmcə böyüyərək toxumun qabığını yarıb keçir və yuxarı tərəfə yarpaq tumurcuğunun rüşeymini, aşağı tərəfə isə kökcükləri əmələ gətirir. Payızlıq buğdanın yarovizasiya müddəti, yazlıq buğdadan fərqli olaraq, uzun müddətə başa gəlir və 0-100C arasında aşağı temperatur tələb edir. Məlumdur ki, yazda belə temperatur çox az hallarda olduğundan bitkilər yarovizasiyanı keçə bilmir və ona görə də işıq mərhələsinə keçmirlər. Buğdada yarovizasiya mərhələsi 65-70 günə keçir və sonralar böyüyərək sünbül əmələ gətirir.

Növbəti inkişaf mərhələsi olan işıq fazasını keçmək üçün bir qədər uzun günlərin olması ilə yanaşı, uzun müddətli işıq tələb olunur. Buğda işıq fazasını keçmək üçün həmçinin 15-200C istilik tələb edir. Sünbülləmək üçün buğda bitkisinə 16-17 saatlıq uzunluğunda işıqlı günlər tələb olunur. Belə şərait yaz dövründə təmin edilir.

Dənli taxıl bitkiləri xarici yaşayış amillərinə münasibətinə görə iki qrupa – payızlıq və yazlıq taxıllara bölünürlər. Payızlıq taxıl bitkiləri inkişafının ilk dövrü üçün tələb etdikləri atmosfer amilləri yazlıqlardan olduqca fərqlənir. Payızlıq taxıllar, o cümlədən buğdaların hamısı uzun yarovizasiya mərhələsinə malikdir. Onların yarovizasiya (yazlaşma) mərhələsi 0+30C-də 35-40 gün ərzində tamamlanır. Yazlıqlarda isə əksinə, nisbətən yüksək temperaturda (8-100C) və qısa müddətdə (20-25 gün) yarovizasiya mərhələsi başa çatır.

Payızlıq buğdanın səpini payızda kənd təsərrüfatı işlərinin nisbətən az olduğu vaxtda aparılır. Bu isə bitkilərin payız, qış və yaz yağmurlarından tam istifadə etməsinə, məhsulun sahədən yazlıq taxıllara nisbətən tez yığılmasına və yüksək məhsul verməsinə şərait yaradır. Payızlıq buğdanın ən yaxşı xüsusiyyətlərindən biri də onunla izah edilir ki, o öz vegetasiyası dövrünü may-iyun aylarında qurtarır. Bu da respublikamızın suvarılan pambıqçılıq rayonları üçün çox əlverişli haldır. Payızlıq buğda yazlığa nisbətən yüksək və keyfiyyətli məhsulvermə qabiliyyətinə malikdir. Azərbaycanın torpaq-iqlim şəraiti imkan verir ki, payızlıq taxılların, o cümlədən, buğdanın əkin sahəsi genişləndirilsin. Ancaq respublika üzrə bəzi illərdə payızlıq buğda payız, qış və ilk yaz dövrü əlverişsiz keçdiyindən məhv olmuşdur. Məhv olmanın əsas səbəbləri bəzi rayonlarda aqrotexniki qaydalara düzgün riayət edilməməsi (səpinin tez və gec aparılması), şaxtaya, küləyə davamlı sortların səpilməməsidir. Bundan başqa, məhv olmaya qarşı mübarizə tədbirlərinin düzgün həyata keçirilməməsini də qeyd etmək lazımdır. Bunun üçün hər bir rayonun torpaq-iqlim şəraitinə uyğun sortlar seçildikdən sonra onun səpini üçün torpaq, toxum materialı yüksək səviyyədə səpinə hazırlanmalı, səpin norması və müddəti sortun bioloci xüsusiyyətlərinə uyğun təyin edilməlidir. Payızlıq buğdanın becərilməsində bu göstərilən tələblər pozulduqda və bəzən havalar şaxtalı keçdikdə, yağmurlar çoxaldıqda, sürətli və güclü küləklər əsdikdə payızlıq buğda bitkiləri məhv olurlar. Payızlıq buğdanın əlverişsiz şəraitə davamlılığı birinci növbədə sortun bioloci xüsusiyyətlərindən asılıdır.

Payızlıq buğdanın qara herikdən və məşğul herikdən sonra səpilməsi yaxşı nəticə verir. Dənli paxlalı, qarğıdalı, kartof bitkiləri buğda üçün yaxşı sələf bitkiləri hesab olunurlar.

Buğda bitkisinin aqrotexnikası səpin üçün torpağın hazırlanmasından başlayır. Məsləhət görülür ki, əsas şumdan qabaq sahəyə 20-30 ton peyin, fosfor (200 kq/ha fiziki çəkidə) və kalium (80 kq/ha) gübrələri ilə birlikdə əsas gübrə şəklində torpağa verilsin. Əsas şum 28-30 sm dərinliyində aparılır. Şumdan dərhal sonra sahə diskli mala ilə malalanır, bu zaman kəltənlər xırdalanır və sahə bir qədər hamarlanır. Səpinə 15-20 gün qalmış sahə suvarılır – arat olunur. Bu suvarmanın məqsədi kəltənləri bir qədər də xırdalamaq və alaq otlarının toxumlarının cücərməsi üçün şərait yaratmaqdır, eyni zamanda səpiləcək toxumların nəm torpağa düşərkən onların tez cücərti vermələri təmin edilir. Səpinqabağı sahədə 12-15 sm-likdə ikiləmə şumu aparılır, bununla da alaq otları məhv edilir. Bundan sonra sahə üzlənərək bir qədər də hamarlanır və toxumun səpini aparılır.

Səpin üçün hazırlanmış toxum materialı alaq toxumlarından təmizlənmiş olmalıdır. Toxumun hamısı iri, eyni bir böyüklükdə və formada olmalıdır, dərmanlanmalıdır. Toxumun cücərmə qabiliyyəti yüksək olmalıdır.

cavab verib 14 Fevral - anonim
Buğda necə səpilir və nə vaxt yığılır?
...