• Qeydiyyat

Buğda nədir?

Buğda nədir, necə istifadə olunur və əhəmiyyəti nədədir?

soruşub 14 Fevral - anonim Bitki bölməsində

1 Cavab

0 интересует 0 не интересует

Buğda əsas ərzaq bitkisidir. Yer üzərindəki insanların 70%-i buğda ilə qidalanır. O, yüksək qidalılıq və dad keyfiyyətlərinə malikdir, insan və heyvan orqanizmləri tərəfindən yaxşı mənimsənilir. 1 kq buğda çörəyində 2000-2500 kalori, çovdar çörəyində isə 1800 kalori enerci vardır. Buğda çörəyində quru çəkidə 16-17% zülal, onun mənimsənilməsi 95%-ə qədərdir (çovdar çörəyində 14-15% zülal vardır), karbohidratlar (nişasta) 77-78%, yağlar 1,2-1,5%-ə qədər olur. Buğda ununun çörəyində, bunlardan başqa, B vitaminləri kompleksi (B1, B2 və s.) və həmçinin PP vitamini vardır. Buğda çörəyində, həmçinin, insan orqanizmi üçün vacib olan mineral birləşmələr – kalsium, fosfor, dəmir və başqa elementlər də vardır. Buğda unundan, çörəkdən başqa, makaron və konditer məmulatları hazırlanır ki, bunlar da insanların qidalanmasında geniş istifadə olunur. Buğdadan nişasta, spirt, kleykovina (özlü maddə), dekstrin, yapışqan alınır. Buğda tullantıları və üyütmədən qalan qalıqlar – kəpəyə daxil olan qabıqlar, rüşeym, aleron qatı heyvanların yemləndirilməsində istifadə edilir. Kəpəkdən yaxşı yem qarışıqları hazırlanır.

Buğda istifadəsinə görə qədim tarixə malikdir. Aparılmış arxeoloci qazıntılar nəticəsində müəyyən edilmişdir ki, eramızdan 6000-6500 il əvvəl İraqda, Misirdə bu bitki olmuşdur. Orta Asiya və Zaqafqaziya respublikalarında (Azərbaycanda) isə eramızdan 3-4 min il əvvəl buğda becərilmişdir.

Son illər Respublikamızın Naxçıvan, Xanlar, Mingəçevir, Abşeron, Ağdaş rayonlarında aparılmış arxeoloci qazıntılar bu bitkinin respublikamızda qədim tarixə malik olmasını bir daha sübut etmişdir. İnsanlar ilk dəfə bir və iki dənli buğda növündən ərzaq kimi istifadə etmişlər. Həmin buğda növlərinə hal-hazırda respublikamızda tez-tez rast gəlinir. Sonralar tədricən buğdanın başqa növləri əmələ gəlmiş və hal-hazırda onun 22 növü məlumdur. Onun 15 növü respublikamızda yayılmışdır.

Buğda (Tritikum L.) taxılkimilər ailəsinə (Gramineae) mənsubdur. Bura başqa taxıl bitkiləri və çoxlu yem bitkiləri daxildirlər. Buğdanın kökü saçaqlıdır, əsasən şum qatında (28-30 sm) yerləşir. Bəzi kökcüklər isə torpağın 1-1,5 metr dərinliyinə işləyə bilir. Yerüstü hissəsi otdur, gövdəsi 0,5-2,0 m-ə qədər hündürlükdə olur və yuxarı ucunda sünbül yerləşir. Buğdanın gövdəsi silindrik formadadır, içərisi boş və ya özəklə dolu olmaqla köndələninə bugumlarla arakəsmələr olur (hər buğumda bir yarpaq yerləşir), bunların arası buğumarası adlanır. Gövdə yatanda torpağa yaxın buğumlar genişlənərək yoğunlaşır və gövdənin qalxmasına şərait yaradır. Gövdənin yeraltı buğumlarından pöhrələr (yan gövdələr) əmələ gəlir.

Buğdanın çiçək qrupu sünbüldür. Sünbül sünbül oxundan və həmin oxun ətrafındakı pillələrdə yerləşən sünbülcüklərdən ibarətdir. Hər pillədə bir sünbülcük olur. Hər sünbülcük iki (xaricdən və daxildən) pulcuqla əhatə olunmuşdur. Sünbülcüklərdə 1-2-5-7 və daha çox çiçək əmələ gələ bilər. Hər çiçək iki çiçək pulçuğu ilə (xaricdən və daxildən) əhatə olunur. Buğdanın çiçəyi ikincinslidir. Hər çiçəkdə üç erkəkcik və bir dişicik olur. Erkəkcik – saplaqdan, toz kisələrindən və həmin kisələrin içərisindəki tozçuqlardan, dişicik – yumurtalıqdan, sütuncuqdan və iki hacalı ağızcıqdan ibarətdir. Buğda bitkisi öz- özünə tozlanandır, ancaq quru havada çarpaz tozlanma da müşahidə edilir. Bu da təbii hibridlərin alınması ilə nəticələnir.

cavab verib 14 Fevral - anonim
Buğda necə yetişdirilir?
Buğdanın hansı növləri var?
...