• Qeydiyyat

Tolkott Parsons kimdir?

Tolkott Parsons kimdir və sosiologiyası nədir?

soruşub 14 Fevral - anonim Nədir bölməsində

1 Cavab

0 интересует 0 не интересует

Tolkott Parsons (1902 - 1979) - amerikan sosioloqu, ümumi fərdi hərəkət nəzəriyyəsinin və dünya sosiologiyasına böyük təsir göstərmiş sosial sistemlər nəzəriyyəsinin müəllifidir. Sosiologiyanın mərkəzi vəzifəsini o, cəmiyyətin funksional cəhətdən bir-biri ilə bağlı olan dəyişənlərin sistemi kimi təhlilində görürdü. Sistem təkrar olunan və bir-biri ilə qarşılıqlı əlaqədə olan sosial hərəkətlərin hər hansı sabit kompleksi kimi başa düşülür. Parsons istənilən sosial sistemin funksional təhlili qaydalanm işləyib hazırlamağa və bütün sosial sistemlərin “funksional ilkin şərtləri” üçün zəruri şərtlərin məcmusunu müəyyənləşdirməyə çalışırdı. Parsonsa görə hər bir sosial sistem insanın fiziki tələbatını bu tərzdə ödəməlidir ki, o, sağ qala bilsin, həmçinin maddi ehtiyatların bölgüsünün müəyyən vasitələrinə malik ola bilsin. Sosial sistem fəaliyyət növlərinin müəyyən təşkilinə və institusional vasitələrə malik olmalıdır.
Parsonsun əsərlərində iki proseslə: sosial sistemin özünü saxlamaq meyli və mühitə münasibətdə müəyyən sərhədlərin və daimiliyin saxlanılması meyli (homeostatik müvazinət) ilə müəyyən edilən sosial qayda problemi xüsusi yer tutur.
Parsons sosial hərəkət nəzəriyyəsini işləyib hazırlayarkən sosial hərəkət, qarşılıqlı təsir və sosial sistem haqqında təsəvvürlərin sintezini yaratmışdır. O, hərəkətin elementləri və motivasiyalarmın üç sinfini fərqləndirmişdir: koqnitiv (məqsədə çatılmasına aid olan obyektlər haqqında ideyalar və informasiya), katektik (xadimin tələbatı ilə bağlı olaraq məqsədəçatma obyektlərinə emosional münasibət) və qiymətləndirmə (seçmə alternativləri) siniflər. Hərəkət elementləri qarşılıqlı təsir prosesi vasitəsilə sosial elementlərə çevrilirlər.
Geniş sistemlərdə sosial qarşılıqlı təsirlərin təbiətini həm hərəkətin və həm də qarşılıqlı səmtləşmənin subyektləri kimi çıxış edən “eqo” və “alter”in diadik qarşılıqlı təsiri xarakterizə edir. Bütövlükdə bu münasibətlər qarşılıqlı hərəkətlərdən normativ şəkildə razılaşdırılmış gözləmələrin çoxluğundan ibarətdir, cəmiyyət isə sosial statusların və rollarm məcmusudur. Parsonsa görə uzunmüddətli sosial qarşılıqlı təsir sosial sistemin daxili uyğunluğuna (funksional inteqrasiyasına) gətirib çıxarır.
Parsonsa görə istənilən sosial sistem aşağıdakı şərtlərə cavab verməlidir:
• özlərinin maddi (təbii) və insani ehtiyatlarının rasional təşkilinə və bölgüsünə;
• əsas məqsədlərin müəyyən edilməsinə və onlara nail olunması prosesinin (məqsədə səmtləşmə problemi) müdafiə edilməsinə;
• həmrəyliyin, inteqrasiyanın saxlanılmasına;
• rollar icra olunarkən xadimlərin motivasiyalarınm müdafiə edilməsinə və şəxsiyyət motivasiyası sistemində gizli gərginliklərin aradan qaldırılmasına.

cavab verib 14 Fevral - anonim
...