• Qeydiyyat

Pitirim Sorokin kimdir?

Pitirim Sorokin kimdir və sosioloji konsepsiyaları nədədən ibarətdir?

soruşub 14 Fevral - anonim Nədir bölməsində

1 Cavab

0 интересует 0 не интересует
 
Ən yaxşı cavab

Pitirim Sorokin (1889 - 1968) görkəmli rus-amerikan sosioloqudur. Onun fundamental əsəri “Sosiologiyanın sistemi”, dördcildlik “Sosial və mədəni dinamika” və bir çox digər işləri dünya sosiologiyasının inkişafında misilsiz, rol oynamışdır. Sorokin inteqral sosiologiya problemini dəqiq surətdə irəli sürmüş, insanların şəxsiyyətlərarası qarşılıqlı əlaqə formalarını, onlar arasındakı biopsixoloji fərqləri, sosial nəzarət mexanizmlərini, sosiumun sinfi, qrup, ərazi, dil, mədəni, peşə, yaş strukturlarını və digər strukturlarını, sosial prosesləri və dəyişiklikləri tədqiq etmişdir. Sosiomədəni supersistem anlayışından istifadə edən Sorokin onun üç tipini fərqləndirmişdir: rasional, hissi və ideasional tiplər. Bunlardan da hər biri inkişafda olaraq müxtəlif tarixi dövrlərdə bəşər cəmiyyətinə xasdır.
Sorokin hesab edirdi ki, cəmiyyətdə bütün Kainat üçün ümumi olan qanunlar fəaliyyət göstərir, çünki cəmiyyət təbiətin bir hissəsidir, insan zəkası isə kosmik eneıjinin ən mükəmməl formasıdır. Sosiologiyanın vəzifəsini o, cəmiyyətin mövcudluğunu təmin edən münasibətlərin və əlaqələrin, asılılıqların təhlilində görürdü: “Sosiologiya, bir tərəfdən, insanların bir-biri ilə qarşılıqlı təsir hadisələrini, digər tərəfdən, bu qarşılıqlı təsir prosesindən yaranan hadisələri öyrənir”.
Sorokin sosiologiyanın strukturunda nəzəri və əməli sosiologiyanı bir-birindən fərqləndirirdi. Nəzəri sosiologiya sosial analitikaya (sosial hadisənin və onun əsas formalarının strukturunu, quruluşunu öyrənir), sosial mexanikaya (insanların qarşılıqlı təsir proseslərini, onların davranışını və hərəkətverici qüvvələrini tədqiq edir) və sosial genetikaya və yaxud genetik sosiologiyaya (məkan və zaman daxilində sosial həyatın inkişafının tarixi meyllərini formula edir) ayrılır.
Əhalinin öyrənilməsi sahəsində sosial tədqiqatlara Sorokin böyük diqqət yetirirdi. O, cəmiyyəti yayılaraq ayrı-ayrı təbəqələr (stratalar) əmələ gətirən slyudamn bir parçası ilə müqayisə edir. Alim bu nəticəyə gəlir ki, vahid cəmiyyət mövcud ola bilməz. Cəmiyyətlərdən hər birinin real olaraq özünün sosial stratifıkasiyası vardır. “Sinif’ anlayışının sosioloji mənasını inkar edən Sorokin özünün elementar və kumulyativ sosial qruplar anlayışlarını ona qarşı qoyurdu.
Sorokin həmçinin qapalı, açıq və aralıq qrupları bir-birindən fərqləndirirdi. “Mədəni cəhətdən inkişaf etmiş” ölkələr üçün o, həmçinin irqi, cinsi, yaş, ailə, dövlət, dil, peşə, əmlak, hüquq, ərazi, dini, partiya, ideoloji kimi sosial-qrup strukturlarını təklif etmişdir. Bu struktur sosioloqların bütün dünyada bu günlərimizə qədər istifadə etdikləri sosial stratifikasiya nəzəriyyəsinin əsasım təşkil etmişdir.
Sosial mobillik nəzəriyyəsi (əhalinin yenidən qruplaşdınlması nəzəriyyəsi) həmçinin indiyə qədər öz əhəmiyyətini itirməmişdir.
Sorokin sosial mobilliyi istiqamətinə görə (şaquli və üfıqi mobillik), formasına görə fərdi və kollektiv mobillik və intensivliyinə görə fərqləndirir. O, yenidən qruplaşdırmaların üç tipini fərqləndirmişdir: fərdlərin müəyyən qruplardan digər qruplara keçməklə yerdəyişməsi, müəyyən homogen (həmcins) qrupların meydana gəlməsi və digər qrupların yoxa çıxması, bütöv bir aqreqatın qeyb olması və onun yeni qruplaşma ilə əvəz edilməsi.
Alim iztirablarla, müharibələrlə, əxlaqi axtarışlarla bağlı olan etik xarakter probleminə böyük diqqət yetirmişdir.

cavab verib 14 Fevral - anonim
...