• Qeydiyyat

Maksim Kovalevski kimdir?

Maksim Maksimoviç Kovalevskin və sosiologiyası nədir?

soruşub 14 Fevral - anonim Nədir bölməsində

1 Cavab

0 интересует 0 не интересует

Rusiya mütəfəkkiri Maksim Maksimoviç Kovalevskinin (1851 - 1916) sosioloq kimi təşəkkülünə O. Koııtun, 11. Spenserin əsərləri və hüquqşünaslıqda müqayisəli-tarixi metodun nailiyyətləri böyük təsir göstərmişdir.
Sosiologiyanın bəşər cəmiyyətinin nizamı və tərəqqisi haqqında elm olması haqqında Koııtun baxışlarına tərəfdar çıxan Kovalevski ehtimal edirdi ki, bəşər cəmiyyətlərinin nizamı və tərəqqisindən daha çox onların təşkili və təkamülü haqqında danışmaq lazımdır: bu halda sosiologiyanın iki əsas bölməsini - statika və dinamikanı saxlamaq zəruridir.
Kovalevski mərkəzində həmrəylik və tərəqqi təliminin durduğu orijinal sosioloji nəzəriyyənin yaradıcısıdır. Bəşəriyyətin lərəqqi yolu ilə inkişafını o, həmrəyliyin artması ilə, siniflərin, xalqların, dövlətlərin yaxınlaşması ilə əlaqələndirirdi. Tərəqqinin mənbəyi kimi inqilaba o, mənfi yanaşırdı. Kovalevskiyə görə tərəqqi ideyası olmadan sosiologiyanın özü də müstəqil elm kimi mövcud ola bilməz, belə ki, tərəqqi cəmiyyətin inkişafının əsas qanunlarından biridir.
Rusiyada birincilər sırasında Kovalevski müqayisəli-tarixi metodun sosial hadisələrin tədqiqinə tətbiqi məsələsini əsaslandırmışdır. Ümumsosioloji nəzəriyyənin və müqayisəli-tarixi metodun nisbəti məsələsi “Müqayisəli-tarixi hüquqşünaslıq və onun sosiologiyaya münasibəti. Hüququn öyrənilməsi metodları” (1899) əsərində xüsusi olaraq araşdırılmışdır.
Bimi fikrin inkişafı üçün Kovalevskinin özünəməxsus təkamül inkişafı nəzəriyyəsi kimi çıxış edən genetik sosiologiyasının xüsusi əhəmiyyəti olmuşdur. Genetik sosiologiya çərçivəsində o, sosial təkamülü, onun mərhələlərini və fazalarını tədqiq edir, qədim dövrlərdən başlayaraq ictimai institutların, dövlətçiliyin, sosial quruluşun genezisim müəyyənləşdirməyə çalışır.
Kovalevski cəmiyyəti qeyri-adi şəkildə mürəkkəb və çoxtərəfli qurum kimi nəzərdən keçirir. Bu qurumu öyrənmək və izalı etmək yalnız bu təkamülə cavabdeh olan çoxsaylı amillərin bütün məcmusunun köməyi ilə mümkündür. Məhz buna görə də Kovalevskinin sosiologiyasını plyuralislik sosiologiya adlandırırlar.

cavab verib 14 Fevral - anonim
...