• Qeydiyyat

Karl Mark kimdir?

Karl Marksın sosiologiyası nədir?

soruşub 14 Fevral - anonim Nədir bölməsində

1 Cavab

0 интересует 0 не интересует

Karl Marks (1818 - 1883) - XIX əsrin ən məşhur və nüfuzlu sosial mütəfəkkirlərindən biridir. Müəllifin hələ sağlığı zamanı marksizm təlimi meydana gəlmiş və müstəqil inkişaf etməyə başlamışdır. Bu təlimin mənbəyə yaxınlıq dərəcəsini və onun izahının həqiqiliyini müəyyən etmək mürəkkəbdir.
Marksın əsərlərində fəlsəfi antropologiyaya, insan və cəmiyyət probleminə mühüm diqqət yetirilmişdir. Marksa görə insan hər şeydən əvvəl istehsal edən insandır, onun heyvandan başlıca fərqi bundadır. Məhsuldar qüvvələr inkişaf etdikcə insanın, özünün yaratmış olduğu mahiyyətlərdən uzaq düşməsi baş verir. Marks şəxsiyyəti sosial-tarixi inkişafın çıxış nöqtəsi kimi deyil, nəticəsi kimi nəzərdən keçirir.
Marksın təliminin çıxış müddəası tarixin materialist anlayışı və tarixin izahıdır. “Siyasi iqtisadın tənqidinə dair” əsərinin müqəddiməsində Marks yazırdı: “Öz həyatlarının ictimai istehsalında insanlar onların şüurundan asılı olmayan müəyyən, zəruri münasibətlərə - onların maddi məhsuldar qüvvələrinin müəyyən pilləsinə uyğun gələn istehsal münasibətlərinə daxil olurlar. Bu istehsal münasibətlərinin məcmusu cəmiyyətin iqtisadi strukturunu, real bazisi təşkil edir ki, onun üzərində yuridik və siyasi üstqurum yüksəlir və bu bazisə ictimai şüurun müəyyən formaları uyğun gəlir. Maddi həyatın istehsal üsulu ümumiyyətlə həyatın sosial-siyasi və mənəvi proseslərini şərtləndirir. İnsanların varlığını onların şüuru deyil, əksinə, insanların ictimai varlığı onlann şüurunu təyin edir”.
Marks birincilər sırasında birinci olaraq cəmiyyətin bütöv bir sistem olması haqqında təsəvvürü işləyib hazırlamışdır. Bu nəzəriyyədə ictimai-iqtisadi formasiya - bir-biri ilə qarşılıqlı əlaqədə olan elementlərdən ibarət və qeyri-sabit tarazlıq vəziyyətinə malik sosial sistem haqqında təlim əsaslı yer tutur. İctimai-iqtisadi formasiyalar ümumdünya tarixinin ardıcıl olaraq bir-birini əvəz edən dövrlərinə uyğun gəlir. Marks beş əsas formasiyanı: quldarlıq, feodal, kapitalizm və kommunizm formasiyalanm fərqləndirir. Marks həmçinin Asiya istehsal üsulunu ayrıca xatırladır.
Marksa görə sosial inkişaf müəyyən qanunlara uyğun olaraq baş verir. Hu qanunlar dedikdə o, "hadisələr arasındakı daxili və zəruri əlaqəni” başa düşürdü (Bax: Маркс, Энгельс, т.25.4. 1,2).
Marks bəşəriyyətin inkişafının əsasında duran universal və dəyişməz tarixi qanunların mövcudluğuna inanırdı. O. hesab edirdi ki, ziddiyyətlər, əksliklərin mübarizəsi inkişafın hərəkətverici qüvvəsinin mənbəyidir. Abstraktdan konkretə yüksəlmə Marksda ümumelmi idrak metodu kimi nəzərdən keçirilmişdir.
Marksda sosial inkişaf nəzəriyyəsi sosial inqilablar nəzəriyyəsi kimi özünü göstərir. Sosial inqilabı o, labüd və hətta arzuolunan hesab edirdi, belə ki, sosial inqilab nəinki daha az mütərəqqi olan ictimai-iqtisadi formasiyadan daha çox mütərəqqi olan ictimai-iqtisadi formasiyaya keçidi, nəinki sadəcə olaraq ictimai münasibətlərin dərindən keyfiyyətcə dəyişməsini təmin etməlidir, eyni zamanda bu dəyişmənin spesifik üsulunu - sosial münasibətlərdə sürətli, kəskin, münaqişəli irəliləyişi təmin etməlidir.
Siniflər və sinfi mübarizə nəzəriyyəsi Marksın təlimində mərkəzi yer tutur. Öz əsərlərində o, sinfə tərif vermir, lakin onun əsərləri əsasında tərtib olunmuş belə bir tərif mövcuddur. Marksa görə siniflər - qeyri-bərabər vəziyyətdə olan və öz aralarında mübarizə aparan sosial qruplardır, daha dar mənada siniflər -- mülkiyyətə, hər şeydən əvvəl istehsal vasitələrinə münasibətlərinə görə bir-birindən fərqlənən sosial qruplardır.
Proletariat və burjuaziyanı Marks antaqonist siniflər kimi, sinfi mübarizəni isə cəmiyyətin inkişafının hərəkətverici qüvvəsi kimi nəzərdən keçirmişdir, bəşəriyyətin perspektivini o, siııfı bölgünün mövcud olmayacağı kommunizm formasiyasında görürdü.

cavab verib 14 Fevral - anonim
...