• Qeydiyyat

Maks Veber kimdir?

Maks Veber kimdir və sosiologiyası nədir?

soruşub 14 Fevral - anonim Nədir bölməsində

1 Cavab

0 интересует 0 не интересует

Maks Veber (1864 - 1920) - XIX əsrin sonu və XX əsrin əvvəllərinin daha böyük və məşhur sosioloqlarından biridir. Onun sosiologiyasının metodoloji prinsipləri həmin dövrün Qərb cəmiyyətşünaslığının nəzəri işləri ilə sıx bağlıdır.

Veber .sosiologiyanın metodologiyasım işləyib hazırlayarkən özünün erkən işlərində onun imkanlarını inkar etmişdir:

• insan davranışının təbiətşünaslığın qanunları ilə müqayisə olunan universal qanunlarının kəşfində;

• bəşər cəmiyyətlərində təkamül tərəqqisinin təsdiqində;

• cəmiyyətdə mövcud olan və yaxud mümkün gələcək situasiyanın qiymətvermo baxımından və yaxud əxlaqi cəhəidəıı əsaslandırılmasında:

• əgər hansısa cətnləşdirici anlayışları fərdi hərəkət terminlərində ifadə etmək mümkün deyildirsə, həmin anlayışları işləyib hazırlamaqda.

Sosiologiyanın predmetini Veber sosial hərəkətin öyrənilməsi ilə əlaqələndirir. Veberin sözlərinə görə sosiologiya şəxsiyyətin davranışını yalnız ona görə nəzərdən keçirir kı, şəxsiyyət öz hərəkətlərinə müəyyən məna daxil edir. Sosial hərəkət adı altında Veber insan davranışını (fənn yoxdur, xarici və yaxud daxili əməl olsun, əməlsizlik və ya məruzqalına olsun) başa düşür. Bu o halda olur ki, əgər hərəkət edən və ya hərəkət edənlər onunla müəyyən mənanı əlaqələndirmiş olsunlar. Lakin ciə hərəkət sosial hərəkət adlandırılmalıdır ki, bu hərəkət ‘ hərəkət edən və ya hərəkət edənlər tərəfindən nəzərdə tutulan öz mənasına gom başqalarının davranışına aid edilmişdir və bununla da özünün baş verməsində istiqamətləndirilmişdir”. Vcberə görə sosiai hərəkət iki momenti nəzərdə tutur: tərdin və ya qrupun subyektiv motıvasiyasım və Veberin hələ “gözləmə” adlandırdığı başqasına istiqamətləndirməm.

Veberin ideal tipi - onuıı istifadə etdiyi elmi anlayışların bütün sistemi üçün baza tipi təbiətşünaslıqdakı ideal modelə yaxındır. Veber deyir ki, ideal tiplər adlanan fikri konstruksiyalara ola bilsin, yalnız mütləq boş məkan ehtimal olunduqda hesablanan fiziki reaksiyalar kimi həmçinin reallıqda az təsadüf edilir (bax: Veber, 1990 ). Veber ideal tipi “bizim fantaziyamızın məhsulu, özümüzün yaratdığımız, xalis zehni qurum” adlandırır. Bununla da onun qeyri-empırik mənşəyə malik olduğunu nəzərə çatdırmışdır. “İqtisadi mübadilə", “sənət”, "kapitalizm", "kilsə”, “sekta”, “xristianlıq", “orta əsr şəhər təsərrufatı kimi anlayışlar fərdi tarixi qurumların təsviri üçün vasitələr kimi istifadə olunan ideal-tipik konstruksiyalardır.

İdeal tip - mahiyyət etiban ilə hadisələrdən onların hamısı üçün ümumi olmasa da, heç olmasa bir çoxları üçün səciyyəvi olan nəyinsə ayrılmasıdır. İdeal tip anlayışını Veber elmi idrakın məqsədi deyil, yalnız vasitəsi kimi nəzərdən keçirir.

Veber başa düşən sosiologiyanın banisi hesab olunur. Veber belə güman edirdi ki, sosiologiya fərdin və yaxud fərdlər qrupunun hərəkətinə istiqamətləndirilməlidir. Bu halda ən aydın anlaşılan hərəkət düşünülmüş hərəkətdir, yəni: 1) hərəkət edən fərdin özü tərəfindən aydm başa düşülən məqsədlərin yerinə yetirilməsinə yönəldilmiş hərəkət;

2) bu məqsədlərə çatmaq üçün hərəkət edən fərdin özü tərəfindən adekvat kimi qəbul olunan vasitələrdən istifadə edən hərəkət.

Veber sosial hərəkətin dörd tipini fərqləndirir:

• müəyyən davranışın gözlənilməsinin nəzərə alınması ilə və bu gözlənilmənin rasional cəhətdən istiqamətləndirilmiş və tənzim olunan məqsədlər üçün “şərait” və yaxud “vasitə” kimi istifadə edilməsilə baş verən məqsədyönlü sosial hərəkət;

• hər hansı şübhəsiz dəyərə və yaxud hərəkətin özdoyərinə inamın əsasında baş verən dəyərlilik - rasional hərəkət;

• affektiv, yəni aktuallaşdmlmış affektlərlə və hisslərlə müşayiət olunan emosional hərəkət;

• vərdişə, ənənələrə əsaslanan ənənəvi hərəkət.

Alim belə hesab edirdi ki, sosioloqların vəzifələrinə iki birinci hərəkətin tədqiqi daxildir. Məqsədyönlü hərəkəti o, sosiologiya üçün metodoloji əsas kimi götürür, bununla da əsas reallıq olaraq sosial “totallıqlara” (məsələn, xalq, cəmiyyət, dövlət, iqtisadiyyat kimi) əl atan sosial nəzəriyyələrdən uzaqlaşır.

Veber mədəniyyət haqqında elmlərin ümumi əhəmiyyətə malik olması probleminə böyük əhəmiyyət verirdi. Müəyyən dərəcədə o, alman filosofu V. Dilteyin antinaturalizminə tərəf çıxırdı. O, bu inamda idi ki, insan fəaliyyətini öyrənərkən səma cisimlərinin hərəkətini öyrənən astronomun əsaslandığı eyni metodoloji prinsiplərdən çıxış etmək olmaz. Özünün metodoloji tədqiqatlarında Veber mahiyyət etiban ilə tarix elminin antinaturalist əsaslandınlmasının yenikantçı variantını əsas götürür. Bu varianta görə tarix elmi qiymətləndirmə düşüncələrindən azad olmalıdır.

“Protestant etikası və kapitalizm ruhu” əsərində Veber mədəni dəyişikliklərin protestantizm ilə əlaqəsini nəzərdən keçirir, Qərb cəmiyyətinin rasionalizminin mənbələrini tədqiq edir.

cavab verib 14 Fevral - anonim
...