• Qeydiyyat

Emil Dürkheym kimdir?

Emil Dürkheymin  sosioloji konsepsiyaları nədədən ibarətdir?

soruşub 14 Fevral - anonim Nədir bölməsində

1 Cavab

0 интересует 0 не интересует

Emil Dürkheymin (1858 1917) elmi fəaliyyətinin nəzən mənbələrini Maarifçilik ideyaları, xüsusilə Ş.L. Monteskyenin, J.A. Konderscnin, J.J Russonuıı, həmçinin K.A. Sen-Simonun və O. Kontun ideyaları təşkil etmişdir. Dürkheymin sosioloji konsepsiyalarında iki başlıca meyl müşahidə olunur: cəmiyyətin və təbiətin inkişaf qanuna uyğunluqlarının analogiyasından çıxış edən naturalizm və sosial realizm - cəmiyyətin reallığın bütün digər növlərindən fərqli olan xüsusi növ reallıq kimi başa düşülməsi.

Emil Dürkheymi.Dürkheym bəyan edirdi ki, cəmiyyət sosial reallığın elementlərinin - sosial faktlann məcmusundan ibarətdir. Dürkheymə görə elə bu faktlar sosiologiyanın predmetini təşkil edir.

Dürkheym yazırdı: “Kəskin şəkildə müəyyən olan və ya müəyyən olmayan, lakin fərdə xarici təsir göstərə bilən... və eyni zamanda da özünün fərdi təzahürlərindən asılı olmayan öz xüsusi mövcudluğuna malik olan istənilən fəaliyyət obrazı sosial faktdır”.

Sosial faktlann nəzəri əsaslandmlmasına böyük əhəmiyyət verən Dürkheym sosioloji tədqiqat praktikasında iki təhlil metodunu tətbiq edirdi: səbəbiyyət və funksional metodları. Dürkheymə görə sosioloji izahetmə səbəb izahetməsidir ki, bunun da məğzi sosial hadisənin sosial mühitdən asılılığının təhlilindən ibarətdir.

Cəmiyyəti tədqiq edərkən Dürkheym fərdi və kollektiv şüuru bir-birindən ayırırdı: “Əgər qrupun üzvləri bir-birindən ayrılmış olduqlan halda edə biləcəklərinə nisbətən o, tamamilə başqa cür düşünür, hiss edir və hərəkət edir. Deməli, əgər bu sonunculara əsaslamlsa, qrupda baş verənlərdən heç nə baş çıxara bilməyəcəyik”.

Dürkheymin yaradıcılığında əsas kateqoriya sosial həmrəylikdir. Alim öz qarşısında aşağıdakı vəzifələri qoymuşdu:

1) əmək bölgüsünün funksiyalarım tədqiq etmək, yəni bu əmək bölgüsünün hansı sosial tələbata uyğun gəldiyini müəyyən etmək;

2) əmək bölgüsünün səbəblərini və bu əmək bölgüsünün asılı olduğu şəraiti aşkara çıxarmaq;

3) bu əmək bölgüsünün “qeyri-normal” formalarım təsnifatlaşdırmaq, belə ki, “burada biologiyada olduğu kimi, patoloji olan fizioloji olanı daha yaxşı başa düşməkdə bizə kömək edəcəkdir”.

Dürkheym ehtimal edirdi ki, əmək bölgüsü nə qədər dərin olarsa, insanlar birlik və mübadiləyə bir o qədər daha çox səy göstərəcəklər. Bunun da hüquqi forması müqavilədir. İbtidai cəmiyyətlərdə mexaniki həmrəylik yer tutur. Burada “şəxsiyyəti kollektiv udur”. Əmək bölgüsü - yüksək inkişaf etmiş cəmiyyətin əlamətidir. Əməyin ixtisaslaşması fərdləri bir-birini tamamlayan funksiyaları yerinə yetirməyə məcbur edir, qeyri-iradi olaraq onlar bir tam təşkil edirlər. İnkişaf etmiş cəmiyyətdə həmrəylik - istehsalat rolları bölgüsünün təbii nəticəsidir. İctimai əmək bölgüsünə uyğun olaraq hər bir fərdin hər hansı bir xüsusi funksiyam yerinə yetirdiyi inkişaf etmiş cəmiyyət müxtəlif orqanları olan orqanizmi xatırladır; buna görə də Dürkheym həmrəyliyin bu növünü üzvi həmrəylik adlandırırdı.

Dürkheym gələcək cəmiyyətdə xüsusi mülkiyyətin və bərabərsizliyin mövcudluğunu mümkün hesab edirdi; maddi nemətlərin əldə edilməsini isə fərdlərin təbii qabiliyyətlərinin tənzimlənməsi ilə, onların istedadı ilə əlaqələndirirdi. Dürkheymin baxışlarında bərabərlik, ədalət və azadlıq müasir sənaye cəmiyyətinin yaxınlaşmış olduğu yüksək ictimai təşkilat tipinin qurulmasının əsasında durur. Dürkheym gələcəyi kapitalizm cəmiyyətinin əsaslı şəkildə yenidən qurulmasında deyil, onun təkmilləşdirilməsində görürdü, buna görə də diqqəti hər şeydən əvvəl əxlaqi problemlər üzərində, ictimai münasibətlərin hüquqi və əxlaqi nizamlanmasının inkişafı üzərində cəmləşdirirdi.

Dürkheym intihar probleminin tədqiqinə ayrıca bir monoqrafiya həsr etmişdir (bax: Dürkheym, 1994). O, ictimai böhran problemini öyrənərkən qeyd edirdi ki, intihar “bizim kollektiv xəstəliyimizin ötürüldüyü formalardan biridir” və bu formanın öyrənilməsi onun mahiyyətinə gəlib çatmağa kömək edəcəkdir. İntiharın izahının əsasında Dürkheymin “sosiologizm” nəzəriyyəsi durur (sosial reallığın birinciliyinin qəbul edilməsi). Bu “sosiologizm” vasitəsilə bütün digər amillər, o cümlədən, suitsidə (intihara) fərdi meyllilik nəzərdən keçirilmişdir.

Dürkheym intiharın üç növünü fərqləndirirdi: eqoistik, altruist, anomiya növləri. İntiharın birinci növünü fərdin cəmiyyətdən ayrılmasını şərtləndirən səbəblər doğurur. İkinci halda fərdi mənafelər sosial mənafelər tərəfindən tamamilə udulmuşdur, qrupun inteqrasiyası o dərəcədə böyükdür ki, fərd müstəqil vahid kimi mövcudluğunu itirir. İntiharın üçüncü növü başlıca olaraq iri miqyaslı ictimai sarsıntılar, iqtisadi böhranlar zamanı, fərdin sosial dəyişikliklərə, yeni sosial tələblərə uyğunlaşmaq iqtidarında olmadığı, cəmiyyətlə əlaqəsini itirdiyi hallarda müşahidə olunur.

“İctimai əmək bölgüsü haqqında” əsərində Dürkheym anomiyam cəmiyyətin inkişafının ictimai funksiyalarının uyğunsuzluğu ilə izah edirdi. “İntihar”da o, anomiyam ictimai sarsıntılar zəminində fərdi tələbat və ehtirasların normativ tənzimlənməsi sisteminin pozulması ilə müşayiət olunan əxlaqi böhran kimi nəzərdən keçirmişdir. Bu isə şəxsiyyətin öz müvazinətini itirməsinə, qrupa məxsus olmaq, intizam və ictimai həmrəylik hissinin itirilməsinə gətirib çıxarır ki, bunun nəticəsində də kənara çıxma, sapma davranışı formalaşır.

Konsepsiyanı “psixi həyatın yüksək forması", “şüurların şüuru" olmaq etibarı ilə kollektiv şüur haqqında ideya tamamlayır. Dürkheym belə nəticəyə gəlir ki, cəmiyyət tərəqqi etdikcə kollektiv şüurun məcburi xarakteri zəifləyir. Fövqəltəbiilik ideyası, Allah ideyası dinin zəruri atributu deyildir. İstisnasız olaraq bütün dini təlimlərin başlıca cəhətini Dürkheym bütün predmetlərin din tərəfindən müqəddəsləşdirilən bir-birinə əks iki sinfə: dünyəvi (adi, gündəlik, bayağı, natəmiz) və müqəddəs olanlara bölünməsində görür. Birincilər insanın hər günlük fərdi məşğuliyyətləri ilə, onun xüsusi maraqları ilə, “eqoist ehtirasları" ilə bağlıdır. İkincilər isə, birincisi, qadağa ilə, dünyəvi işlərdən ayrı düşməklə müşayiət olunur, ikincisi, səylərin, məhəbbət və hörmətin obyekti olub, eyni zamanda məcburiyyət və hörmət obyekti kimi xidmət göstərir. Dinə Dürkheym müqəddəs, yəni qadağan edilmiş şeylərə aid olan etiqad və ayinlərin - kilsə adlanan, ona əməl edən hər kəsi eyni bir əxlaqi icma halında birləşdirən etiqad və ayinlərin bütöv sistemi kimi tərif verir, yəni kilsə qrupun kollektiv diııi həyatını qaydaya, sahmana salan təşkilatdır. .

Dürkheym dini əbədi adlandırır, belə ki insanın və cəmiyyətin münasibətlərinə ideoloji forma vermək zərurəti həmişə mövcuddur. Lakin o, Allahsız dini elan edir, cəmiyyəti ilahi kürsüyə qaldırır. Dürkheym ümumiyyətlə başa düşürdü ki, cəmiyyətin problemindən asılı bir şey kimi nəzərdən keçirdiyi insan fərdiyyəti problemi nəzəri cəhətdən həll edilməmiş olaraq qalır.

Marksizmi tənqid edərək Dürkheym onu vulqar iqtisadı determinizm ilə, ictimai hadisələrin iqtisadi amillərdən birxətlı səbəbiyyət asılılığı ilə, ideyaların iqtisadi həyata əks təsirinin qəbul edilməməsi ilə eyniləşdirirdi. Lakin o, özü Marksm sosioloji konsepsiyasına yaxın olan ide

cavab verib 14 Fevral - anonim
...