• Qeydiyyat

Herbert Spenser kimdir?

Herbert Spenser kimdir və sosiologiyasının əsas xarakteristikaları nədən ibarətdir?

soruşub 14 Fevral - anonim Nədir bölməsində

1 Cavab

0 интересует 0 не интересует

Herbert Spenser (1820 - 1903) - ingilis filosofu və sosioloqu, pozitivizmin və elm kimi sosiologiyanın banilərindən biridir. O. Kontdan fərqli olaraq Spenser üzvi aləmin vo sosial hadisələrin əlaqəsindən çıxış edirdi. Biologiya ilə sosiologiya arasında psixologiyanı yerləşdirərək, o belə güman edirdi ki, dünya ideyaların rəhbərlik etdiyi hisslərlə idarə olunur.
'i'əkamüiçülük Spenseriıı dünyagörüşü konsepsiyasının mərkəzi anlayışıdır. Cəmiyyətlə təbiət arasında müxtəlif analogiyalar gətirməklə, sosial ləkamülün üzvi xarakterini qeyd etməklə Spenser inqilabi yenidənqurmanı təbii ədaləti məhv edən fəaliyyət kimi rədd etmişdir. Tərəqqini Spenser universal hesab edirdi, onu insanın və cəmiyyətin təkmilləşdirilməsi prosesi kimi başa düşürdü, lakin sonralar o, “tərəqqi” anlayışına həddindən aılıq antroposentrik bir hal kimi yanaşıldı, “təkamül qanununu” isə nəinki “hoyatuı yaxşılaşması” kimi, eyni zamanda tənəzzül elementlərinə malik proses kiıni də nəzərdən keçirirdi. Spenscrin ideal cəmiyyəti elə bir cəmiyyətdir ki, orada “sosial orqanizm” onu təşkil edən fərdlərə xidmət göstərir, “idarəetmə isə mümkün qədər daha az hüdudlara çatdırılacaq, azadlıq isə imkan daxilində daha böyük geııişlıyə nail olacaqdır”.
Spenscrə görə cəmiyyət iki əsas tipdən ibarətdir: hərbi (totalitar) cəmiyyətdən və sənaye (industrial) cəmiyyətindən. Hərbi cəmiyyətdə hakimiyyət iyerarxiyası ciddi surətdə determinə edilmişdir, fərd məcburi surətdə cəmiyyətə tabe edilmişdir, cəmiyyət özü isə güclü şəkildə mərkəzləşdirilmiş nəzarət altındadır. Sənaye cəmiyyətində sosial təşkilat daha çevikdir, siyasi azadlıqlar mövcuddur, hakimiyyət fərdlərin iradəsini ifadə edir. Bununla belə sənaye cəmiyyətində də hərbi cəmiyyətin ayrı-ayrı cəhətləri saxlanılır. Spenser tərəfindən sənayeyəqədərki və sənaye cəmiyyətlərinin bir-birindən fərqləndirilməsi sosiologiyada böyük rol oynamışdır və sosial inkişaf proseslərinin təsnifatlarının əksəriyyətinin əsasına qoyulmuşdur.
Spenseriıı təlimində dövlət nəzəriyyəsi mühüm yer tutur. Spenserə görə cəmiyyətin xarakteri fərdlərin xarakteri ilə müəyyən edilir. Sabit cəmiyyətdə "vətəndaşlar kütləsi” ideologiyası dövlət quruluşu tipinə uyğun gəlir. Buna əks halda təşkilatlar məcburi surətdə yaradılır və saxlanılır. Dövlətin mənası vətəndaşların mənafelərini qorumaqdan və təmin etməkdən ibarətdir. Doğrudur, dövlət öz hakimiyyətinin güc və ədalətinə hədsiz inamı təmin edə bilməz.
Spenser cəmiyyətin sosialist quruculuğuna qarşı kəskin şəkildə çıxış edir və belə güman edirdi ki, belə cəmiyyətdə köləlik, xüsusilə məcburi əmək formasında və nemətlərin ictimai mənafelərin öncəlivi nəzərə alınmaqla bölgüsü labüddür. “Şəxsiyyət dövlətə qarşı” əsərində Spenser yazırdı: sosializm “ nə vaxtsa dünyanın görmədiyi ən böyük bədbəxtlik olacaqdır, belə ki, despolizmiıı ən kəskin forması ilə başa çatacaqdır“. Lakin Spenser sosial tərəqqinin və sosial təkamülün təntənəsinə iııamı saxlayırdı.
Spenser sosiologiyasının əsas xarakteristikaları aşağıdakılardan ibarətdir:
• larixi-müqayisəli metoddan və etnoqrafik məlumatlardan geniş istifadə edilməsi;
• cəmiyyətin orqanizm kimi şərh edilməsi;
• cəmiyyətin qanunauyğun təkamülünün qəbul edilməsi;
Bununla yanaşı nəzərə almaq lazımdır ki, cəmiyyətin orqanizmlə
eyniləşdirilməsi yaşayış uğruııda mübarizə haqqında Darvin qanununun bütün bəşəriyyətə mexaniki olaraq şamil edilməsinə gətirib çıxardı.

cavab verib 14 Fevral - anonim
...