• Qeydiyyat

Oqyust Kont kimdir?

Oqyust Kont kimdir və tarixə necə düşüb?

soruşub 14 Fevral - anonim Nədir bölməsində

1 Cavab

0 интересует 0 не интересует

Sosiologiya elmin banisi fransız alimi Oqyust Kontdur (1798 - 1857).Tarixin hərəkətverici qüvvəsi kimi zəkanın imkanlarına, dini dünyagörüşünü əvəz etməyə və cəmiyyətin təşkiledici qüvvəsi olmağa qadir olan “pozitiv” elmə inanan Kont onu bəşəriyyətin mövcudluğunun bütün formalarının: dinin, siyasətin və s. mərkəzində qoymağa səy göstərmişdir.
Elmin metafizikadan və teologiyadan ayrılması, gələcəyin “elmi BiblivasTnın yaradılması - Kontun pozitiv metodunun əsas ideyası belə idi.
“Pozitiv” termininə Kont bir neçə məna vermişdir: 1) xəyali olanın əksinə olaraq real olan; 2) faydasız olanın əksinə olaraq faydalı olan; 3) şübhəli olanın əksinə olaraq səhih olan; 4) tutqun olanın əksinə olaraq dəqiq olan; 5) mənli olanın əksinə olaraq müsbət olan. Bu halda həmin miisbət olan yeııi fəlsəfənin mühüm xassələrindən birini nəzərə çatdırır. Koııla görə bu fəlsəfə öz təbiəti etibarı ilə başlıca olaraq məhvelmə üçün deyil, təşkilctınə üçün təyin edilmişdir.
Alim sübut edirdi ki, tədqiqatçının çıxış etməli olduğu əsas və ilkin gerçəklik bütövlükdə götürülmüş cəmiyyətdir. O, nıəlız qlobal cəmiyyəti sosiologiyanın ümumi predrneli kimi nəzərdən keçirmişdir.
Kontun baxışlarında ictimai həyata sistem yanaşmanın rıişcymləri vardır. Məsələn, müstəqil elm kimi sosiologiyanın yaradılmasının əsasına o, “sosial sistem” ideyasını, yəni cəmiyyətin özünəməxsus orqanizm kimi, elementləri spesifik funksiyalar yerinə yetirən və yalnız bu sistemin tələblərinə xidmət göstərən müəyyən bütövlük kimi başa düşülməsi ideyasını qoymuşdur. Həmçinin dialektik yanaşma da Kont a yad deyildir. Onun statikası və dinamikası cəmiyyətin hərəkətini, fəaliyyət və inkişaf qanunlarını öyrənir, Lakin Kont sosial elementlərin və strukturun real dialektikasını başa düşmürdü və sosial həyatın elementlərini sadə, daimi və dəyişməz elementlər kimi, ictimai inkişafı isə eyni elementlərin müxtəlif kombinasiyalarının nəticəsi kimi nəzərdən keçirmişdir.
Kontun sosial dinamikasının guşə daşı olan üç mərhələ qanunu eyni zamanda həm tarixi, həm də məntiqi qanundur: bəşər ağlının inkişafının üç mərhələsi tarixin inkişafının üç mərhələsinə - teoloji, metafizik və pozitiv (elmi) mərhələlərinə uyğun gəlir.
Lakin Koııt xalqların tarixi inkişafının konkret formalarının rəngarəngliyinin təhlilindən imtina etmişdir. Bu halda dəlil olaraq o, yalnız öziinün quraşdırdığı sxemi təsdiq edən faktları gətirmişdir. Nəticə etibarı ilə onun ictimai inkişaf nəzəriyyəsi metafizik, nəzəri sxemdən artıq bir şey deyildi.

cavab verib 14 Fevral - anonim
...