• Qeydiyyat

Ekspert sorğusu nədir?

Ekspert sorğusu nədir və qiymətləndirməsi metodu necədi?

soruşub 14 Fevral - anonim Nədir bölməsində

1 Cavab

0 интересует 0 не интересует
 
Ən yaxşı cavab

Ekspert sorğusu - sorğunun müxtəlif növlərindən biridir ki, burada respondentlər olaraq ekspertlər, yəni sosial fəaliyyətin müəyyən sahəsindəki mütəxəssislər çıxış edirlər. Ekspert qiymətləndirməsi metodu tədqiq olunan problemin ən çətin aspektlərini müəyyən etməli, alman informasiyanın etibarlılığım, nəticələrin sübutluluğunu yüksəltməlidir. Bu metod diaqnostika və proqnozlaşdırma, layihələşdirmə, sosial obyektin vəziyyətinin qiymətləndirilməsi və qərarlar qəbul edilməsi məqsədilə istənilən sosial sahənin Öyrənilməsi zamanı tətbiq edilir.

Ekspertlərdən informasiya almaq proseduru ekspertiza adlanır. Ekspert qiymətləri müxtəlif fəaliyyət sahələri haqqında ekspertlərin mühakimələrindən ibarətdir və seçilmiş meyarlar üzrə obyektlərin və onların xassələrinin müqayisəsi qaydasını nəzərdə tuturlar. Müzakirə prosesində problemin inkişafına və həllinə aid olmayan ideyalar kənar edilir.

Ekspert sorğusunda müxtəlif tədqiqat metodları tətbiq olunur. Ən yayılmış metodlardan biri, xüsusilə də sosial proqnozlaşdırma məqsədilə - beyin hücumu metodudur. Beyin hücumunu həyata keçirməyin çıxış nöqtəsini bu ehtimal təşkil edir: ideyalar nə qədər çoxdursa və onlar keyfiyyət etibarilə nə qədər rəngarəngdirlərsə, o qədər də çox ümid vardır ki, bunların içərisində də zəruri ideyalar mövcud ola bilər.

Ekspert sorğusu keçirilməsinin bir forması da texniki vasitələrin (diktofon, kompüter emalı və s.) tətbiqi ilə dərin intervüləşdirmə aparılması ola bilər. Belə intervüləşdirmə öyrənilən sosial obyekt haqqında maksimum tam informasiya almağa imkan verir.

“Ənənəvi diskussiya” - sosioloji tədqiqat mövzusu üzrə ekspertlərin kiçik qrupu ilə söhbət - həmçinin tədqiq edilən problemin mümkün olan həlli yollarım aydınlaşdırmağın mühüm üsuludur. Diskussiyanın məqsədi qrup kollektiv rəyin yaradılmasıdır. Bunun müvəffəqiyyəti isə diskussiya predmetinin dəqiq ifadə olunması ilə və iştirakçıların böyük əksəriyyətinin onunla tanış olması ilə müəyyənləşdirilir.

“Aid edilmiş qiymət metodu” diskussiyaların bir neçə dövrəsinin təkrarlanmasını nəzərdə tutur ki, bunun nəticəsində də mövcud fikir ayrılıqlarının mahiyyəti aydınlaşdırılır və razı olmayanlann xüsusi rəy hüququ saxlanılmaqla ekspertiza iştirakçılarının hamısının və yaxud əksəriyyətinin tədricən vahid rəyi əldə edilir. “Aid edilmiş qiymət metodu” özünün qiyabi variantında Delfi metodu adlanır. Bu metoddan istifadə olunması respondentlərin anonimliyinin saxlanılmasım təmin edir, yəni ekspertlər bir-biri ilə görüşməyib, anonim anketlər doldururlar və yaxud suallara EHM-mn köməyi ilə cavab verirlər. İşin birinci dövrəsi qurtardıqda ekspertlər bütövlükdə qrupun mövqeyinin yekun xarakteristikaları ilə tanış olurlar, ikinci dövrədə isə ekspertlər əksəriyyətin mövqeyini nəzərə almaqla öz rəyində düzəlişlər edə bilər, ya da bu mövqenin qəbul edilməməsinin səbəblərim öyrənə bilərlər. Üçüncü dövrədə yeni informasiya ekspertlərə öz nöqteyi-nəzərlərinə bir daha yenidən baxmaq imkanı verir.

cavab verib 14 Fevral - anonim
...