• Qeydiyyat

İntervüləşdirmə nədir?

İntervüləşdirmə nədir və hansı növləri var?

soruşub 14 Fevral - anonim Nədir bölməsində

1 Cavab

0 интересует 0 не интересует

İntervüləşdirmə - intervü götürənin və respondentin bilavasitə ünsiyyəti vasitəsilə sosioloji informasiyam əldə etmək metodudur. Bu halda tədqiqatçı suallan özü verir və cavablan da özü qeyd edir.

Respondentin canlı reaksiyası haqqında bilavasitə infonnasiya əldə etmək zəruri olduğu halda (bu, cavabı daha yaxşı şərh etməyə kömək edir), ya da auditoriyanın rəngarəngliyi nəticəsində yazılı sorğunun çətinləşdiyi və yaxud mümkün olmadığı halda, ya da respondentlərin mədəniyyətində və təhsilində fərqləri, sorğunun keçirildiyi şəraitin nəzərə alınması şərtilə bir çox məsələləri aydınlaşdırmaq tələb olunduğu halda intervü tətbiq olunur.

M. Veber intervünü informasiya toplamağın kral üsulu adlandırmışdır. İntervü metodunun məziyyəti bundan ibarətdir ki, o:

  • respondentlərin rəyləri, motivləri, təsəvvürləri haqqında dərin informasiya almağa imkan verir;
  • ünsiyyət üçün sərbəst şəraitin yaradılmasına və cavabların səmimiliyinə kömək edir;
  • respondentin psixoloji reaksiyalarını, intervü situasiyasını müşahidə etməyə və lazım olduqda yaranmaqda olan situasiyaya uyğun olaraq təshihlər etməyə imkan verir;
  • respondentin intervü aparanla özünün şəxsi ünsiyyətinin sayəsində sorğuya daha ciddi yanaşmasını formalaşdırır;
  • sualların tədqiqatçı tərəfindən verilmiş ardıcıl qavramlmasım təmin edir.

Lakin intervü metodunun nöqsanları da vardır: bu da böyük miqdarda respondentlə sorğu aparmağın mümkün olmamasından, çox zəhmət tələb etməsindən və çox xərc tələb etməsindən ibarətdir.

İntervünün apanlması texnikasına uyğun olaraq o, qəbul olunduğu kimi, formallaşdınlmış (standartlaşdırılmış) və sərbəst (standartlaşdırılmamış) intervülərə ayrılır.

Formallaşdınlmış intervü qabaqcadan formula edilmiş sualları və bu suallara cavabların variantlarım nəzərdə tutur. Sərbəst intervü mövzuya uyğun olaraq daha az standartlaşdırma və sərbəst müsahibə ilə fərqlənir. Müsahibənin əsas müddəaları sərbəst intervü prosesində söhbətdən sonra qeydə alma bilər.

Fokuslaşdırılmış intervü - intervünün elə bir növüdür ki, burada diqqət sanki müəyyən bir konkret problem üzərində fokuslaşır. İntervünün bu növü respondentlərin tədqiq olunan problemlə bağlı situasiyaya daxil edilməsini nəzərdə tutur.

İntervüləşmənin subyektinə uyğun olaraq qrup və fərdi intervüləşməni bir-birindən fərqləndirirlər. Qrup şəklində intervü diskussiya xarakteri daşıya bilər.

İntervü bir neçə mərhələdən keçir:

  1. ilk ünsiyyətin yaradılması: intervü aparan özünü və təmsil etdiyi təşkilatı bildirir; tədqiqat üçün əlverişli atmosfer yaratmaq məqsədilə mücərrəd danışıq mümkündür;
  2. ünsiyyətin möhkəmləndirilməsi: ilk ümumi məlumatların toplanılması davam edir (adi vəzifələr, həyat və məişət şəraitinin təsviri), soruşulanın səlahiyyətini şübhə altına almaq və şübhələndirici suallar vermək qadağan edilir;
  3. əsas suallara keçilməsi: sonrakı söhbətin önəmliliyini qeyd edən sözlərlə müşayiət olunmalıdır; tədqiqatçı mürəkkəb suallara cavablan müxtəlif üsullarla - diqqətli baxışı, başının mehribancasına tərpədilməsi ilə, təbəssümlə və s. ilə həvəsləndirir;
  4. ünsiyyətin bərpa edilməsi: əgər intervü zamanı müxtəlif səbəblər üzündən əlaqə itirilmişdirsə (respondentin lazımi informasiyam bilməməsi, sorğunun məqsədini başa düşməməsi, fikrini ifadə etməyi bacarmaması, cavab vermək istəməməsi və s.), respondentin ürəkləndirilməsi üsullanndan - ilkin yoxlamadan, “əks-səda”dan istifadə etmək olar. Bu halda intervü aparan sadəcə olaraq respondentin son sözlərini təkrar edir, bununla da ona qarşı diqqətli olduğunu nəzərə çatdırır və səmimi olmağa vadar edir;
  5. söhbətin başa çatdırılması: intervünün sonunda respondentdən xahiş etmək lazımdır ki, o, özü haqqında bəzi məlumatları bildirsin, lakin hər hansı vəd vermək, tədqiqatın son nəticələri ilə əlaqədar proqnozlar və plan qurmaq lazım deyil.
cavab verib 14 Fevral - anonim
...