• Qeydiyyat

Hansı hallarda polis evə girə bilər?

Hansı hallarda hallarda vətəndaşların mənzil toxunulmazlığı hüququ məhdudlaşdırıla bilər?

soruşub 13 Fevral - anonim Qanun bölməsində

1 Cavab

0 интересует 0 не интересует

Qanunda nəzərdə tutulan hallarda vətəndaşların mənzil toxunulmazlığı hüququ məhdudlaşdırıla bilər. Belə hallarda mənzildə yaşayanların iradəsi ziddinə olaraq mənzilə daxil olunmasına yol verilir. Həmin halları faktiki olaraq üç yerə bölmək olar:

  • hüquqi zərurət halları;
  • faktiki zərurət halları;
  • fövqəladə hallar.

Hüquqi zərurət halları o hallardır ki, həmin hallarda müəyyən prosessual hərəkətlərin edilməsi lazım gəlir və buna görə də icazəsiz mənzilə daxil olunur. Söhbət axtarış, götürmə, əmlaka həbs qoyma və digər prosessual hərəkətlərdən gedir. Həmin hərəkətlər yalnız səlahiyyətli vəzifəli şəxslər tərəfindən müəyyən qaydada edilə bilər. Bu hərəkətlər CPM-in normaları ilə tənzimlənir.

Faktiki zərurət halları elə hallardır ki, həmin hallarda qarşısını alan (ehtiyat) və digər profilaktik tədbirlərin görülməsi lazım gəlir. Buna görə də icazəsiz mənzilə daxil olunur. Qaz, su və digər avadanlıqlara baxma faktiki zərurət halına misal ola bilər.

Fövqəladə hallar qeyri-adi hallardır. Məsələn, yanğın, mənzildə qaz partla yışı və digərləri həmin hallara misal ola bilər.

Göstərilən hallardan hər hansı biri mövcud olduqda, mənzildə yaşayanların iradəsi ziddinə olaraq mənzilə daxil oluna bilər. Lakin bu, mənzilə daxil olma üçün kifayət etmir. Bunun üçün digər tələblərin də olması vacibdir. Həmin tələblərə aiddir: mənzilə daxil olma barədə qanunda birbaşa göstərişin olması; mənzilə daxil olan şəxsin mənzilə daxil olmağa səlahiyyəti çatması (səlahiyyəti olması).

cavab verib 13 Fevral - Ekspert_Qanun
...