• Qeydiyyat

Pişikotu nədir?

Pişikotu nədir və necə istifadə olunur?

soruşub 13 Fevral - anonim Bitki bölməsində

1 Cavab

0 интересует 0 не интересует

Pişikotu

Pişikotu (Kediotu, Валериана, Valeriana) - bu bitki valeriane, valeriana, Garden heliotrope kimi adlarla da tanınır. İkiləpəlilər sinifinin pişikotukimilər fəsiləsinin pişikotu cinsinə aid olub, bir çox növü vardır. PişikotuƏn çox tanınan növü tibbi pişikotudur. Bundan başqa böyük yarpaqlı pişikotu, kiçik pişikotu, dağ pişikotu kimi növləri bir çox ölkələrdə yayılmış və uzaq vaxtlardan bəri xalq təbabətində və elmi təbabətdə özünə yer tapmışdır. Pişikotu əsasən sinir sisteminin müalicəsində və sinirlərlə əlaqəli olan bütün xəstəliklərin müalicəsində, yaraların sağalmasında, şəfaverici bitki kimi işlədilməkdədir. Bundan başqa ürək-damar, yüksək qan təzyiqi, astma, mədə-bağırsaq və qəbizlik kimi xəstəliklərin ən yaxşı müalicə vasitəsi sayılır. Pişikotu və ya valerian yabanı halda və mədəni halda yayılmışdır. O rütubətli və münbit torpaqlarda yaxşı inkişaf edib böyüyən çoxillik bitkidir. Pişikotunun Avropada, Orta Asiyada, Yaponiyada, Türkiyədə və digər ölkələrdə bir çox növləri geniş əkilib-becərilir. Torpaq-iqlim şəraitindən və növündən asılı olaraq hündürlüyü bir neçə santimetrdən 2 metrə qədər çata bilir. Məsələn, tibbi pişikotusu 1-1,5 metr yüksəklikdə, digər növlər isə 50 sm ola bilir. Nəmli torpaqlara tələbatları daha çox olduğu üçün alçaq və çökəklik yerərdə, nohurların kənarlarında, su axalarına yaxınlıqda daha çox təsadüf olunur. Kediotunun gövdəsi silindrşəkilli və içərisi boşdur. Gövdənin rəngi qəhvərəngli və ya qırmızımtıl çəhrayıdır. Yarpaqları tək lələkvarı mürəkkəb yarpaqlar olub, ümumi saplaq üzərində qısa saplaqlarla qarşı- qarşıya yerləşmiş və tək yarpaqla tamamlanmışdır. Üst yarpaqları gövdədə qarşı-qarşıya oturmuş olur. Altyarpaqlar oval şəkilli və kənararı dişlidir. Üst yarpaqlar kiçik və kənarları bütövdür. Çiçəklər salxım çiçək qrupunda yerləşmişdir. Çiçək tacı ağ və ya çəhrayı rəngli kiçik ləçəklərdən ibarətdir. Kök sistemi silindrik və ya yumuru formada olub, üzərində çoxlu yan köklər əmələ gəlmiş olur. Pişikotunun bütün orqanlarından istifadə olunur. Bu məqsədlə pişikotunun kökündən çay dəmləməsi, məhlul, həb və ya təz halında istifadə olunur.

Pişikətundan həm tək halda, həm də dazıotu (kantaron) və digər faydalı bitkilərlə qarışıq halda çay dəmləməsi hazırlamaq olar.

Bu faydalı bitkini apteklərdən və ya bitki satışı məntəqələrindən əldə etmək olar. Valerian kökündən çay hazırlamaq üçün qurudulub narınladımış halda bir çay qaşığını bir stəkan qaynar suda 10-15 dəqiqə dəmləyib gündə 2-3 dəfə yeməkdən 20-30 dəqiqə qabaq içmək lazımdır.

cavab verib 13 Fevral - Ekspert_Sağlamlıq
...