• Qeydiyyat

Dazı otu nədir?

Dazı otu nədir və nəyə xeyirdi?

soruşub 13 Fevral - anonim Bitki bölməsində

1 Cavab

0 интересует 0 не интересует
 
Ən yaxşı cavab

Dazı otu 

Dazı otu (Зверобой обыкновенный, Hypericum perforatum L) fəsiləsindən olub Dəliboy və ya Zveroboy, Kantaron otu, Qanotu, Qılıcotu, Mayasilotu, yara otu, Minbirdəlik otu, sarı kantalon kimi müxtəlif adlarla da tanınan şəfaverici bitkidir. Dazı otuXalq təbabətinə çoxdan molum olan bu bitki torpaq-iqlim şəraitindən asılı olaraq 30-80 sm və daha çox hündürlüyü olan çoxillik ot bitkisidir. Adətən gövdəsi ikihaçalı olur və haçalardan zoğlar inkişaf edərək budaqlanır. Hər zoğ üzərində bitkinin qarşı-qarşıya düzülən kiçik saplaqsız yarpaqları olur. Zoğların yuxarı hissəsində qızılı sarı çiçəklər yerləşir. Hər bir çiçək 5 ləçəkdən ibarət çiçək tacını əmələ gətirir. Hər bir çiçəkdə çoxlu sayda erkəkciklər və bir dişicik vardır. Meyvələri üçkünclü qutucuqdan ibarətdir. Şəraitdən asılı olaraq dazı otu iyun-avqust aylarında çiçəkləməkdə davam cdir. Dazı otunu tanımaq üçün onun yarpağını qırıb işığa tutduqda üzərində yağ damcılarını parlaq nöqtələr halında görmək olar. Eləcə də tam açılmış bir çiçəyi barmaqlar arasında əzdikdə ondan qırmızı bir maye axdığını görmək olar.

Dazıotunun tərkibində olan bu yağlı şirənin olmasına görədir ki, onu xristianlıqda “İsanın xaç qanı, Tanrı qayrası otu və Peyğəmbər qanı” kimi adlarla da adlandırmışlar. Xalq təbabətində dazıotuna hər dərdə dəva olduğu söylənilmişdir. Belə ki, onun yeraltı və yerüstü hissələrindən çay dəmləməsi, narın toz halında kapsul və tablet hazırlanaraq istifadə olunur. Dazıotu kütləsi üzərinə zeytun yağı əlavə edib 4-5 həftə ərzində hazırlanmış yağ məlhəmi, bir litr konyaka 2-3 ovuc kantaron əlavə edilərək 14 gün ərzində hazırlanmış ekstraktı çox faydalı dərman sayılır. Sinir sistemi xəstəlikləri, mədə-bağırsaq, böyrək və s. əhəmiyyətli şəfavericidir. Onun məlhəmi bir çox açıq yaraların tez sağalması üçün ən yaxşı vasitədir.

Bir çox dünya ölkələrində yayıldığı kimi Azərbaycanda da aran, dağ və dağətəyi bölgələrdə geniş yayılmışdır. Ona çəmənlik- otluq, kolluq, meşə tarlalarında, yamaclarda və yol kənarlarında çox rast gəlinir. Dazıotu çiçək açan vaxtı iyun-iyul aylarında toplanıb qurudulur. Yuxarıdakı qaydalar kimi çay dəmləyib yeməkdən öncə gündə 2-3 dəfə içilərsə faydası bilinər. 

cavab verib 13 Fevral - Ekspert_Sağlamlıq
...