• Qeydiyyat

Çuğundur müalicə üçün necə istifadə olunr?

Çuğundur bitkisi nədir və hansı müailcə xüsusiyyətlərinə malikdir?

soruşub 13 Fevral - Fird10 Bitki bölməsində

1 Cavab

0 интересует 0 не интересует
 
Ən yaxşı cavab

Çuğundur

Çuğundur bitkisi yabanı və mədəni halda bir çox ölkələrdə yayılmışdır. Çuğundur cinsinə (Beta L) daxil edilən 12-yə qədər növ məlumdur. Çuğundur bitkisiOnlardan biri becərilən adi çuğundur və ya mətbəx çuğundurudur. Bu bitki tərəçiçəklilər fəsiləsinə aid əlan ikiillik ot bitkisidir. Kökləri meyvəköklüdür və turpa bənzər qalınlaşmışdır. Sərtlardan asılı olaraq kökünün rəngi ağ, qırmızı, tünd qırmızı və s. rəngdə olur. Yarpaqları azacıq qalınlaşmış və uzun saplaqlıdır. Yarpaq ayalarının kənarları tam və ya dalğalıdır. Rənglərinə görə yarpaqlar tünd yaşıl, açıq yaşıl, qırmızımtıl və s. əlur. Kökyanı yarpaqları yumurtavarı, gövdə yarpaqları uzunsov yumurtavarıdır. Kökyanı bitkinin birinci ilində əmələ gəlib kökün başcığında spiral şəklində yerləşmişdir. Bitkinin ikinci ilində yarpaqlı zoğları və çiçək daşıyan gövdələri inkişaf edir. Bitkinin çiçəkləri iki cinsiyyətli olub, qrup halında toplanmışdır və yarpaqların qınında gövdələr üzərində kip oturur. Hər çiçək qrupu 2-6 çiçəkdən ibarətdir. Çiçək tacı yaşılımtıl rəngdə beş ləçəkdən ibarətdir. Çiçəkdə erkəkciklər dişicikdən əvvəl inkişaf etdiyindən öz-özünə tozlanma imkanı aradan çıxır və çiçəklər külək və həşəratlar vasitəsilə çarpaz tozlanır. Meyvələri bir-birilə bitişərək kələfcik əmələ gətiriı. Həmin kələfciklər çuğundur toxumu adlanır. Hər kələfdə 2-6 toxum olur, buna görə cücərmə zamanı bir kələfdən bir neçə bitki əmələ gəlir. Çuğundurun tərkibində insan vücudu üçün dəyərli olan B1 B2, C və PP vitaminləri, kalium, natrium, kalsium və maqnezium mineralları vardır. Ümumiyyətlə adi çuğundurun aşağıda göstərilən: - şəkər çuğunduru, yem çuğunduru, tərəvəzçilik çuğunduru (qırmızı çuğundur) kimi növləri eyni dərəcədə faydalı bitkilərdir.
ÇuğundurMüalicə məqsədilə əsasən qırmızı (mətbəx) çuğundurunun şirəsi çıxarılıb içilər və ya bişirilmiş halda və ya xörəklərdə istifadə edilər. Xalq təbabətində qırmızı çuğundur sinirləri yatıran, qansızlığı aradan qaldıran, qaraciyərin müntəzəm işini təmin edən, mədə bağırsağın işini normaya salan və digər məqsədlər üçün işlədilmiş və öz əhəmiyyətini indi də saxlamaqdadır.

cavab verib 13 Fevral - Ekspert_Sağlamlıq
...