• Qeydiyyat

Qarakənd faciəsi nədir?

20 noyabr 1991-ci il nə günüdür?

soruşub 13 Fevral - Eltin Tarix bölməsində

1 Cavab

0 интересует 0 не интересует

Ermənistanın törətdiyi elan olunmamış müharibə Azərbaycanın müsibətlər çəkən torpağında öz qanlı əməllərini davam etdirir. 1991-ci il noyabrın 20-də DQMV-nin Martuni rayonunun Qarakənd kəndi yaxınlığında dəhşətli faciə baş vermiş, erməni quldurları tərəfindən hərbi vertolyot vurulmuşdur. Vertolyotda respublikanın görkəmli dövlət və siyasi xadimləri, hüquq mühafizə orqanlarının rəhbərləri, SSRİ xalq deputatları, SSRİ Daxili İşlər Nazirliyinin və Müdafiə Nazirliyinin nümayəndələri, Dağlıq Qarabağda münaqişənin dinc yolla aradan qaldırılmasına dair Jeleznovodsk sazişlərinin həyata keçirilməsinə kömək etmək üçün gəlmiş RSFSR və Qazaxıstan müşahidəçiləri, jurnalistlər, mülki peşə sahibləri və hərbi qulluqçular olmuşlar. Bütün sərnişinlər və heyət üzvləri həlak olmuşlar. Onlar aşağıdakılardır:

  1. Tofiq İsmayılov - SSRİ Baş Kosmik İdarəsinin Kosmik Tədqiqatlar Elm İstehsal Birliyinin direktoru, akademik
  2. İsmət Qayıbov - Azərbaycan Respublikasının Baş Prokuroru
  3. Alı Mustafayev - jurnalist
  4. Osman Mirzəyev - Prezident aparatı yanında kütləvi informasiya şöbəsinin müdiri
  5. Zülfü Hacıyev - Baş Nazirin müavini
  6. Məhəmməd Əsədov - Daxili İşlər Naziri
  7. Vəli Məmmədov - Bakı şəhəri partiya təşkilatının katibi
  8. Vaqif Cəfərov - Şuşa rayon Xalq Deputatlan Sovetinin sədri
  9. Rafiq Məmmədov - hüquqşünas
  10. Qurban Namazəliyev - Nazir müavini
  11. Arif Hüseynzadə - televiziya işçisi
  12. Fəxrəddin Şahbazov - operator
  13. Sergey İvanov - Dövlət Təhlükəsizliyi orqanının işçisi
  14. Iqor Plavski prokuror
  15. S.Serikov, O.Koçerov, V.Kovalyov, N.Jinkin - Dövlət Təhlükəsizliyi komitəsinin əməkdaşları
  16. V.Kotov, K.Domov, D.Yarovenko - vertolyot heyətinin üzvləri

Qarakənd faciəsi bir daha göstərdi ki, ermənilər və onların havadarları Azərbaycan xalqının məhv edilməsi, onun torpaqlarının işğal edilməsinə dair məkrli planlarını həyata keçirmək üçün ən iyrənc vasitələrdən və üsullardan belə çəkinməmişlər.

cavab verib 13 Fevral - İlqar_Az
...