• Qeydiyyat

15 iyun nə bayramıdır?

15 iyun nə günüdür? 1993-cü il iyunun 15-i Azərbaycandan nə baş vermişdir?

soruşub 13 Fevral - Aldeniz Tarix bölməsində

1 Cavab

0 интересует 0 не интересует
 
Ən yaxşı cavab

İyunun 15-i Azərbaycanda Milli Qurtuluş Günü kimi qeyd edilir. Xalqımızın milli bayramları arasında Milli Qurtuluş gününün ayrıca yeri var. Çünki bu gün, Ulu Öndər  Heydər Əliyevin xalqın arzusu və tələbi ilə hakimiyyətə qayıdışı ilə əlamətdardır. 1991-1993-cü illərdə Azərbaycan Respublikası çox məhrumiyyətlərə düçar olmuşdu. Müstəqilliyimiz böyük təhlükə qarşısında idi. Ölkədə vətəndaş müharibəsi başlanmışdı. Müstəqilliyimizin bütün daxili və xarici düşmənləri vahid cəbhədə birləşmişdilər.

Müstəqilliyini təzəcə bərpa etmiş Azərbaycan Respublikası çox böyük çətinliklər içində idi. Azərbaycanın torpaqları erməni millətçiləri tərəfindən işğala məruz qalmışdı, daxildə demokratiya adı altında hər kas öz bildiyini edirdi. Səriştəsiz və bacarıqsız AXC-Müsavat rəhbərliyinin məsuliyyətsizliyi üzündən hərc-mərclik baş alıb gedirdi. Xalq respublikanın bu ağır günündə ancaq xilaskar kimi Heydər Əliyevi görürdü. Bunu nəzərə alan Heydər Əliyev respublikaya rəhbərliyə ikinci dəfə gəlməsini qərarlaşdırdı.

Əsrin üçdə bir hissəsindən çox rəhbər vəzifədə çalışan Heydər Əliyev böyük dövlət təcrübəsi əsasında müstəqil dövlətin yaranması üçün 1990- cı ilin yanvarında Moskva şəhərində Bakıda sovet ordusunun törətdiyi 20 Yanvar qırğınına siyasi  qiymətin verilməsində, 1991-ci ilin ortalarıdna, Sovet dövlətinin dağılmasından əwəl Naxçıvan Muxtar Respublikasında müstəqilliyin yaranmasında, ADR-ın atributlarının bərpasında Heydər Əliyevin adının, nüfuzunun, xidmətlərinin böyük rolu olmuşdur. Bəli, Heydər Əliyev müstəqilliyini bərpa etmiş Azərbaycana rəhbər vəzifəyə ikinci dəfə 1993-cü ilin yayında qayıtdı. Bu zaman Azərbaycanda Qarabağ problemi, iqtisadi problem, vətəndaş müharibəsi problemi və s. mövcud idi. Azərbaycanın Dövlət Müstəqilliyi sahəsində böyük işlər görülməyə başlandı. Az bir vaxtda Gəncədə vətəndaş müharibəsi və Lənkəranda separatçılıq hərəkətləri təhlükəsi, Bakıda, Gəncədə və Qazaxda dövlət çevrilişinə cəhdlər Heydər Əliyevin ciddi səyi nəticəsində xalqla birlikdə aradan qaldırıldı.

Azərbaycanın uzun illər dövlətçiliyinin olmadığını, əyalət ölkəsi olduğunu nəzərə alaraq ən başlıcası nizami ordunun, habeli qonşu Rusiya, Türkiyə, İran, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və inkişaf etmiş Fransa, İngiltərə, ABŞ, Səudiyyə Ərəbistanı, Misir, Çin, Əfqanıstan, İtaliya kimi ölkələrlə diplomatik əlaqələr yaradılmasına nail oldu. Azərbaycan Respublikasını dünyada əhəmiyyətli dərəcədə tanıtdı və Azərbaycan dünya dövlətləri birliyinə daxil oldu.

BMT-nin XIX sessiyasında, Macarıstanın Budapeşt, Mərakeşin Kasablanka, Portuqaliyanın Lissabon, Fransanın Strasburq şəhərlərindəki zirvə toplantısında dərin məzmunlu nitqlər söyləyərək Azərbaycan dövlətinin beynəlxalq aləmdə nüfuzunu artırmaqla yanaşı, Ermənistanın torpaqlarımızın 20 faizdən çoxunu işğal etməsini, bir milyondan artıq azərbaycanlının öz vətənində qaçqın olmasını dəqiq faktlarla diqqətə çatdırdı. Lissabon sammitində iştirakçı 54 dövlətdən 53 dövlətin dəstəyini aldı, düşmənin torpaqlarımızdan qeyri-şərtsiz çıxanlması tələbini irəli sürdü və s.

Ulu Öndər 1994-cü ilin may ayından atəşkəsə nail olunması, respublika iqtisadiyyatının yüksəldilməsi, manatın məzənnəsinin sabitləşməsi, respublikada, xüsusən onun paytaxtı Bakı şəhərində sabitliyin yaranması, respublikada yaşayan ayrı-ayrı millət və xalqlara hörmətlə yanaşılması, Xəzərin Azərbaycan sektorunda dünyanın aparıcı dövlətləri ilə əsrin neft müqavilələrinin bağlanması və s. məsələlərin həlli sahəsində yorulmadan fəaliyyət göstərmişdir. Bütün bunlar da müstəqil dövlətin möhkəmlənməsi yolunda görülən tarixi əhəmiyyətli hadisələrdir.

cavab verib 13 Fevral - İlqar_Az
...