• Qeydiyyat

Videoplatada quraşdırılmış Tv tyünerlə avtonom xarici tyünerin fərqi nədi?

Videoplatada quraşdırılmış tyünerlə avtonom xarici tyünerin fərqi nədi?

soruşub 10 Fevral - anonim Texnologiya bölməsində

1 Cavab

0 интересует 0 не интересует

Videoplatada quraşdırılmış tyüner - bu günkü gündə televiziya siqnallarını qəbul edir və onu monitorun ekranına çıxarır. Lakin daxildə quraşdırılmış tyünerlər yaxşı keyfiyyətlə fərqlənmirlər - təsvirlər çox vaxt “Windows”un çox da böyük olmayan pəncərəsində (tam ekranlı rejimdə yox) əks olunurlar. Və heç də bütün inteqrallaşdırılmış tyünerlər SECAM tipli standart televerilişinaə korrekt işləyə bilmirlər.

Kompüterin ayrıca slotuna quraşdırılan televiziya tyüneri platası göstərilən nöqsanlardan azaddır.

Son zamanlara qədər praktiki olaraq, bütün TY-tyünerlər Brooktree BT848 mikrosxeminin eyni bir toplusunun müxtəlif modifıkasiyalarmda qurulurdu. Yalnız 2003-cü ildə TV-tyüner bazarında Philips SAA713x və Conexant 878A mikrosxeminin yeni topluları əsasında modellər meydana gəlir. Xüsusilə birinci çipseti qeyd etmək lazımdır ki, onun əsasında bu qurğunun ən böyük istehsalçısı olan AverMedianın TV-tyünerləri yaradılmışdır. ,

Digər istehsalçıların çipləri əsasında qurulmuş modellər də mövcuddurlar, lakin onların hamısında siqnalın qəbulunda keyfiyyət fərqi olmur. Ən başlıcası isə odur ki, sizin tyüner televiziya verilişlərim dəstəkləsin və kifayət qədər yaxşı proqram təminatı və drayver ilə komplektləşdırılmış olsun. Bundan əlavə, məsafədən idarə üçün idarə pultu da olmalıdır, cunkı klaviatura və ya maus vasitəsilə televiziya kanallarının çevrilməsi çox da rahat deyildir.

Daxili tyüner seçdikdə, A ver Media və FlyVideo kımı 2 aıləmn məhsulları içərisindən seçim etmək lazımdır. Hər bir ailənin modelində əlavə funksiyaların olması ilə fərqlənən 5-6 nov tyünerlər olurlar. Məsələn, A ver TV-Phone-dan İnternet ilə telefon danışıqları yerinə yetirmək üçün ıstılaüə etmək olar. Bunun üçün kifayətdir kı, bu plataya mikrofon qoşulmuş olsun. Bəzi modellərin tərkibində daxildə quraşdırılmış radıotyunerlər də olurlar və beləliklə, Sizin kompüter həm televizor ilə, həm də radioqəbuledici ilə işləyə bilir. AverMedia, FlyVide tyünerlərınm modıfıkasıyalan və SkyMasterin xüsusiləşdırilmiş plataları imkan verir kı, peyk televiziya siqnallarını qəbul edə bilək, bu halda da Siz mütləq antenna -“boşqab” qurğusunu əldə etməlisiniz.

Telesiqnalı qəbul etmək üçün daxildə yerləşdirilmiş qurğulardan başqa, AverTV USB2.0 tipli xarici qurğular da mövcuddurlar. Bunlardan ən sadələri və çox da baha olmayan modellər kompüterə USB 2.0 portu vasitəsiiə qoşulurlar və yaxşı antenna olduqda, tam pəncərəli rejimdə televerilişləri əks etdirə bilirlər. Bəzi USB-tyünerlər teleskopik antennaya malik olur ki, onun vasitəsilə ancaq radioproqramları qəbul etmək mümkün olur. Noutbuklar üçün təyin olunmuş ən sadə və miniatyür modellər effektiv xarici antennanın olmasını tələb edir.

Avtonom xarici tyünerlər tamamilə başqa bir kateqoriyaya aid olub, kompüterə yox, bilavasitə monitor ilə videoplata arasına qoşulurlar (buraya Aver ailəsinin digər məhsulu olan “AverTV Box”u da aid etmək olar). Bu qurğuların müsbət cəhəti ondan ibarətdir ki, onlara kompüter heç də lazım deyildir, ancaq monitorun işləməyi kifayət edir. Bu qurğuda telesiqnalı qəbul etmək, kanalları azlamaq və onları dəyişdirmək üçün bütün lazım olan elementlər olur, bütün əməliyyatlar isə tyünerin idarə pultunun köməkliyi ilə həyata keçirilir. Eyni zamandxarici tyüner daxildə quraşdırıbmış dinamikə malik olur və ona görə də xarici səs mənbəyinə ehtiyac qalmır.

Avtonom tyünerlərdə təsvirin keyfiyyəti USB-yə nisbətən daha yaxşı olur və o. heç də kompüterdən asılı olmur. Bu cür qurğuların mənfi cəhəti odur ki, bəzi hallatda videotəsviri kompüterə daxil etmək mümkün olmur.

Müasir TV-tyünerlər kadrların seyrəkliyi 720x576 nöqtə olan videoaxmları (bu da PAL sistemi formatı üçün standart formadır) tutmaq və sərt diskdə saxlamaq qabiliyyətinə malik olurlar. Bu halda videotəsvirin aparat kompressiyası olmurdeməli, sıxılmamış bir dəqiqəlik video sərt diskdə bir neçə yüz Mb yer tuta bilər. Buna görə də, sadə platalarla təsvirlərin tutulması üçün koder adlı xüsusi proqramdan istifadə etmək lazım gəlir ki, bu da MPEG-1 və ya MPEG-2 alqorıtmi üzrə videoaxmları sıxlaşdırmağa imkan verir. Belə qurğularda həmçinin səs girişi olmur, bu da o deməkdir ki, bunun üçün səs platası vasitəsilə səsi ayrıca yazmaq lazımdır.

cavab verib 10 Fevral - anonim
...