• Qeydiyyat

İşsizlikdən sığorta haqqın necə almaq olar?

İşsizlikdən sığorta haqqın kimlər ala bilər, hansı şərtlər var və nə qədər pul verilir?

soruşub 10 Fevral - QurbanY Qanun bölməsində

1 Cavab

0 интересует 0 не интересует

İşsizlikdən sığorta haqqında qanuna əsasən işsizlikdən sığorta haqqını almaq hüququna yalnız hüquqi şəxsin  vəya dövlət oraqanın  ləğv edilməsi vəya işçilərin ixtisar edilməsi nəticində işsiz qalan şəxslər malikdilər. Bunun üçün işsiz qalan şəxsin mütləq  ən azı 3 illik sığorta satjı olmalıdır. İşsiz qalan şəxs 10  gün ərzində dövlət məşğulluq xidmətinə bununla bağlı məlumat verməlidi.

Əgər işsiz qalan şəxsin iş stajı  3 ildən 5 ilə qədərdisə: orta aylıq əmək haqqının 50%; 5 ildən 10 qədərdisə: orta aylıq əmək haqqının 55%; 10 ildən çoxdursa: orta aylıq əmək haqqının 60% həcmində 6 ay ödəniş edilir.

Məsələn, 1000 manar orta ay əmək haqqıdırsa  3 ildən 5 ilə qədər satjı olan şəxsə - 500 manat, 5 ildən 10 ilə qədər olana – 550 manat, 10 ildən yuxarıdırsa – 600 manat almaq hüquqi var.

Ödənişlər ilk 2 təqvim ayı üçün 100%, 3cü və 4cü təqvim ayları üçün – 80%,  5ci və 6cı təqvim ayları üçün – 70% həcmində verilir. Bu zaman ölkə üzrə orta aylıq əmək haqqı həddi gözlənilməlidi. Respublika üzrə orta əmək haqqınnan çox olmamaq şərti ilə, məsələn bu gün əgər Respublika üzrə orta əmək haqqı 523 manatdırsa demək onnan çox olmamaq şərti ilə o qədər almaq hüququ var.

İşsiz qalan şəx ilkin müraciətdən və sığorta ödənişini aldıqdan sonra yenə bununla bağlı dövlət məşğulluq xidmətinə  müraciət edə bilər. Əgər vətəndaş işnən təmin olunmursa 24 ay ərzində, yəni 2 il ərzində təkrar müraciət etdiyi təqdirdə təkarar müavinət almaq hüququ var, oda 3 aydır. Burda təkarar müavinətində miqdarı minimum əmək haqqı həcmində məbləği almaq hüququ var. Məsələn, əgər nu gün 130 manatdırsa həmim 130 manatı təkarar müavinəti aldığı təqdirdə almaq hüququ var.

cavab verib 10 Fevral - Ekspert_Qanun
...