• Qeydiyyat

GUAM nədir və hansı dövlətlər daxildir?

GUAMa hansı dövlətlər daxildir?
soruşub 09 Fevral - anonim Siyasət bölməsində

1 Cavab

0 интересует 0 не интересует

GUAM - Demokratiya və İqtisadi inkişaf naminə Gürcüstan, Azərbaycan və Moldavanı birləşdirən regional təşkilatdır. 1999-2005-ci illərdə Özbəkistan da təşkilatın üzvü olmuşdur. GUAM üzv ölkələrin prezidentlərinin 10 oktyabr 1997-ci ildə Fransada birgə bəyanatın imzalanması ilə fəaliyyətə başlamışdır.

7 iyun 2001-ci ildə Yalta təşkil olunmuş GUAM-ın ilk zirvə toplantısı keçirilmişdir. Bu toplantı onun beynəlxalq struktur kimi formalaşması və institusionallaşmasında böyük rol oynamışdır. Dövlət başçıları tərəfindən imzalanmış GUAM-ın “Yalta Xartiyası” iştirakçı dövlətlər arasında əməkdaşlığın məqsədlərini, prinsiplərini və istiqamətlərini müəyyənləşdirmişdir.

22-23 may 2006-cı il tarixində isə GUAM-ın Kiyev Zirvə toplantısı keçirilmişdir. “Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat – GUAM-ın yaradılması haqqında Kiyev Bəyannaməsi ”-də aşağıdakı məqamlar və vəzifələr qeyd olunmuşdur.

  • Demokratiyanın möhkəmləndirilməsi, əsas insan hüquqları və azadlıqlarının qorunması, dövlətlərin iqtisadi inkişafının və təhlükəsizliyinin və sabitliyin təmin olunması;
  • GUAM dövlətlərinin davamlı inkişafı məqsədilə, dinamik iqtisadi artım, sosial ahənglik və ətraf mühitin mühafizəsi vasitəsilə qarşılıqlı əlaqələrinin gücləndirilməsi;
  • Bu dövlətlərin suverenliyini, ərazi bütövlüyünü və azadlığını dağıdan, tam miqyaslı demokratik islahatları həyata keçirilməsini və regionun iqtisadi inkişafını çətinləşdirən, Avro inteqra- siyaya mənfi təsir göstərən və bütün dünya birliyinə çağırış törədən həll olunmamış münaqişələrin nizamlanması məqsədilə fəal əməkdaşlıq;
  • Beynəlxalq terrorizm, ekstremizm və aqressiv separatizm, və həmçinin onunla bağlı olan digər mənfi hallarla mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi;
  • İqtisadiyyat, ticarət və nəqliyyat sahəsində əməkdaşlığın dərinləşdirilməsi və Azad Ticarət Zonası haqqında Sazişin həyata keçirilməsi;
  • Enerji təhlükəsizliyi sahəsində səylərin fəallaşdırılması;
  • GUAM dövlətlərinin beynəlxalq tranzit potensialından istifadə olunması və s.
cavab verib 09 Fevral - NYTk
...