• Qeydiyyat

Dünya Bankın fəaliyyəti nədən ibarətdir?

Dünya Bankı nədir?

Nə vaxt və harda təsis edilmişdir?

Dünya Bank  fəaliyyətini əsasən hansı sahələrə yönəldib ?

Tərkibində neçə dövlət vardır ?
soruşub 09 Fevral - Gündüz_Tl Maliyyə bölməsində

1 Cavab

1 ЗА 0 не интересует

Dünya Bankı - (Beynəlxalq Yenidən Qurma və İnkişaf Bankı - İnternational Bank for Reconstruction and Development - İBRD) 1944-cü ildə BMT-nin Bretton-Vuds konfransında təsis edilmişdir. Dünya Bankı BMT çərçivəsində iri maliyyə inustutu kimi fəaliyyət göstərir. Dünya bankının əsas məqsədlərindən biri zəif inkişaf etmiş ölkələrə maliyyə yardımı etməklə tarazlama rolunu oynamaq və dünyada sabit, davamlı inkişafa nail olmaqdır.

Dünya bankının məqsədləri təsis müqaviləsinin I maddəsində belə ifadə edilib:

  • üzv dövlətlər üçün borc-kredit vermə mexanizmini təkmilləş- dirmək;
  • üzv dövlətlərdə keçirilən iqtisadi islahatlara yardım etmək;
  • üzv dövlətlərdə xarici investisiyaları təşviq etmək və sərma- yənin çatışmadığı hallarda onu tamamlamaq;
  • şirkətlərin maliyyəyə olan ehtiyacını ödəməkdə onlara yardım göstərmək.

Bildiyimiz kimi Dünya Bankı ilk əvvəl Beynəlxalq Yeni- dənqurma və İnkişaf Bankı adı ilə yaranmışdır. Terminoloji mə- nada Dünya Bankı dedikdə "Beynəlxalq İnkişaf Assosiasiyası" və "Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı" nəzərdə tutulur.

Ancaq Dünya Bankının fəaliyyət sahəsi geniş olduğundan adları çəkilən 2 qurum bankın fəaliyyətini tam həcmdə həyata keçirməyə bəs eləmir. Əlavə 3 qurum yəni: Beynəlxalq Maliyyə Korporasiyası, İnvestisiya Təminatı üzrə Çoxtərəfli Agentlik, İnvestisiya Mübahisələrinin Həlli üzrə Beynəlxalq Mərkəz yuxarıda qeyd olunan 2 qurumla birgə Dünya Bankı ailəsini yəni, Dünya Bankı Qrupunu əmələ gətirir. Dünya Bankı Qrupunu dedikdə aşağıdakı qurumlar nəzərdə tutulur:

  1. Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB);
  2. Beynəlxalq İnkişaf Assosiasiyası (BİA);
  3. Beynəlxalq Maliyyə Korporasiyası (BMK);
  4. İnvestisiya Təminatı üzrə Çoxtərəfli Agentlik (İTÇA);
  5. İnvestisiya Mübahisələrinin Həlli üzrə Beynəlxalq Mərkəz (İMHBM).

Dünya Bankı anlayışı Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı və Beynəlxalq İnkişaf Assosiasiyası qurumları ilə yekunlaşır. Belə ki yuxarıda adları çəkilən 5 qurum birlikdə yeni bir anlayışı, yəni Dünya Bankı Qrupunu təşkil edirlər. Dünya Bankı Qrupu (DBQ) tərkibindəki 5 qurumla yoxsulluğun azaldılması və dünya iqtisadiyyatının inkişafının qarantıdır. DBQ 185 ölkənin üzv olduğu nəhəng iqtisadi təşkilatdır.

Dünya Bankı ( BYİB və BİA) fəaliyyətini inkişaf etməkdə olan ölkələrdə (İEOÖ) əsasən aşağıdakı sahələrə yönəldib:

  • İnsani inkişaf (məs. təhsil, sağlamlıq);
  • Kənd təsərrüfatı və kəndlərin inkişafı (məs. irriqasiya, kənd- lərə gostərilən xidmətlər);
  • Ətraf mühitin qorunması (məs. çirklənmənin azaldılması);
  • İnfrastruktur (məs. yollar, şəhərlərin artması, elektrik təchi- zatı);
  • İdarəetmə (məs. anti-korrupsiya, qanuni institutların inkişaf etdirilməsi).
cavab verib 09 Fevral - anonim
...